Əlaqə Arxiv
news Image
2015.04.06
10:45
| A A A
Rusiyalı nazir Azərbaycana gəlir

"Əczaçılıq sahəsi Rusiya və Azərbaycan arasındakı əməkdaşlığın perspektiv istiqamətlərindən biridir".

Bunu Trend-ə açıqlamasında Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Palatasının sədri Eldar Tlyabiçev deyib. O qeyd edib ki, Rusiya həm dərman preparatlarının, həm də tibbi avadanlıqlar və texnikanın istehsalında yaxşı potensiala malikdir: "Hazırda Azərbaycanda tibbi xidmətlər göstərən, dərman preparatları və tibbi avadanlıqların gətirilməsi ilə məşğul olan bir sıra Rusiya şirkətləri fəaliyyət göstərir". E.Tlyabiçevin sözlərinə görə, 2015-ci ilin mayında Bakıya Rusiyanın Sənaye və Ticarət naziri Denis Manturovun səfəri gözlənilir: "Bu səfər zamanı Bakıda əczaçılıq sənayesi üzrə forum-sərgi keçiriləcək. Həmçinin, Rusiyanın Sənaye və Ticarət Nazirliyi ilə Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi arasında sazişin imzalanması gözlənilir. Denis Manturovun səfərinə hazırlıq məqsədilə gələn həftə Bakıya onun müavini Sergey Tsıb gələcək".



Sizin Reklam Yeriniz