Azərbaycan prezidenti Misir səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
Prezident İlham Əliyev Misir Ərəb
Respublikasının Azərbaycandakı səfiri Saber Mansuru diplomatik
fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. APA-nın xəbərinə görə, dövlət başçısı
səfir Saber Mansurun Azərbaycandakı diplomatik fəaliyyətini yüksək
qiymətləndirib, ölkələr arasında ikitərəfli əlaqələrin inkişafına
verdiyi töhfəyə görə diplomata təşəkkürünü bildirib. Prezident
İlham Əliyev Saber Mansura gələcək fəaliyyətində uğurlar
arzulayıb.
Səfir Saber Mansur Azərbaycandakı diplomatik fəaliyyətindən məmnun qaldığını deyib.
Diplomatik fəaliyyəti dövründə ölkələr arasında siyasi, iqtisadi, ticarət, mədəni və digər sahələrdə böyük uğurların əldə olunduğunu vurğulayan səfir əlaqələrin genişləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd edib.