Azərbaycan prezidenti İlham Əliyev Abdulla Gülə zəng edib
Türkiyə prezidenti Abdullah Gülün
müalicəsi müsbət effekt verib və onun səhhəti
yaxşılaşır. APA-nın "Anadolu"
agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə prezidentin
mətbuat xidmətindən bildirilib. Bir sıra dövlət və hökumət
başçılarından A. Gülün səhhəti ilə əlaqədar mesajlar gəlib. O
cümlədən Azərbaycan prezidenti İlham Əliyev, Misir prezidenti
Məhəmməd Mursi, Pakistan prezidenti Asif Əli Zərdari, Türkmənistan
prezidenti Qurbanqulu Berdiməhəmmədov, Fələstin prezidenti Mahmud
Abbas və Qırğızıstan prezidenti Almazbek Atambayev A. Gülə zəng
vurub və ya mesaj göndərərək şəfa arzulayıblar.
Qeyd edək ki, bir neçə gün əvvəl A. Gül qulağında yaranmış problemlə əlaqədar xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, bir neçə gün əvvəl A. Gül qulağında yaranmış problemlə əlaqədar xəstəxanaya yerləşdirilib.