news Image
2012.08.27
13:19
| A A A
Avropa Parlamentinin deputatı Azərbaycana gəlir
Avropa Parlamentinin (AP) deputatı, Sosialistlər və Proqressiv Demokratlar alyansının üzvü, Almaniya Sosial-Demokrat Partiyasının üzvü Norbert Neuser Milli Məclisin deputatı, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun dəvəti ilə avqustun 27-dən 30-dək Azərbaycanda işgüzar səfərdə olacaq. APA-nın xəbərinə görə, Norbert Neuser səfər müddətində Azərbaycan reallıqları ilə tanış olmaq, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəyə dəymiş maddi və mənəvi zərər barədə məlumat əldə etmək istəyir. 

N. Neuser səfər zamanı Almaniyanın Reynland-Pfalz torpağının inzibati mərkəzi olan Maynts şəhəri ilə Bakı şəhəri arasında mövcud olan qardaşlaşmış şəhərlər əlaqələrinin bərpa edilərək yeni müstəvidə inkişafı təklifi ilə çıxış edəcək. Qonaq Azərbaycanın iş adamları ilə görüşməyi, Avropa Birliyinin dəstəklədiyi təhsil proqramları ilə tanış olmağı da planlaşdırır.
 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs