Əlaqə Arxiv
news Image
2012.08.31
14:12
| A A A
Ukraynanın Azərbaycandakı səfiri: “Ukraynanın Ermənistana silah satması haqda xəbərlər saxtadır”
Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko ölkəsinin Ermənistana silah satması ilə bağlı xəbərləri saxta adlandırıb.

A. Mişşenko APA-ya açıqlamasında deyib ki, bu informasiya Ukrayna ilə Azərbaycan arasında münasibətlərə təsir etməyəcək: "Ukraynanın sizə qonşu olan ölkəyə silah göndərdiyi və göndərməyə davam etdiyi barədə iddialar həqiqətə uyğun deyil. Ukrayna və Azərbaycan arasında o qədər isti və şəffaf dostluq münasibətləri var ki, biz heç vaxt heç nəyi gizli saxlamamışıq". 

Səfirin fikrincə, ola bilər ki, bu cür məlumatları ölkələr arasında mövcud olan münasibətlərdən xoşu gəlməyənlər yaysın: "İki ölkə arasında yaxşı münasibətlər qurulursa, bundan kiminsə xoşu gəlmir. Siz bu barədə düşünsəniz, bundan kimin xoşlanmayacağını anlaya bilərsiniz". 

Xatırladaq ki, Ukraynanın Ermənistana 12 ədəd "Smerç" atəş sistemi və 50 "İqla" kompleksi verdiyi, bundan başqa, Ukraynanın dövlət müəssisəsi "Ukrinmaş" və Ermənistanın "DG Arms Corporation" QSC arasında silah-sursat alqı-satqısına dair sövdələşmə olduğu haqda xəbərlər yayılıb.
 
Sizin Reklam Yeriniz