Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Birliyinin (AB) enerji məsələləri üzrə komissarı Günter Ottingerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
ANS PRESS "AzərTAc"a istinadən bildirir ki, AB-nin enerji
məsələləri üzrə komissarı Günter Ottinger Avropa Komissiyasının
sədri Xose Manuel Barrozunun salamlarını dövlətimizin başçısına
çatdırdı.
AB Şurasının prezidenti Herman Van Rompuyun ölkəmizə səfərini
xatırladan dövlətimizin başçısı Azərbaycan ilə AB arasında
əlaqələrin müxtəlif səviyyələrdə inkişafından məmnunluğunu ifadə
etdi.
Görüşdə Azərbaycanın AB ilə enerji sahəsində əməkdaşlığı, "Cənub"
dəhlizi və ölkəmiz ilə AB arasında qarşılıqlı faydalı əlaqələrin
daha da genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi
aparıldı.
Prezident İlham Əliyev Xose Manuel Barrozunun salamlarına görə
minnətdarlığını bildirdi, onun da salamlarını Avropa Komissiyasının
sədrinə çatdırmağı xahiş etdi.