Əlaqə Arxiv
news Image
2012.09.23
12:11
| A A A
Prezident FIFA U-17 qadınlararası dünya çempionatının açılış mərasimində iştirak edib
Sentyabrın 22-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda futbol üzrə "FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan–2012"nin təntənəli açılış mərasimi keçirilib.
APA-nın xəbərinə görə, açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və FİFA-nın prezidenti Yozef Blatter fəxri qonaq qismində iştirak ediblər.
Açılış mərasimində "Cirque du Soleil" sirki xüsusi olaraq bu mundial üçün hazırladığı proqramla çıxış edib. Daha sonra dünya ulduzu Cennifer Lopez çıxış edib.
Çempionat Azərbaycan və Kolumbiyanın 17 yaşlı qadınlardan ibarət milli komandalarının yaşıl meydana daxil olması ilə başlayıb.
Azərbaycan prezidenti İlham Əliyev və FİFA-nın prezidenti Yozef Blatter komandaların oyunçularını, hakimləri təbrik edərək, onlara uğurlar arzulayıblar.
Sizin Reklam Yeriniz