İran prezidenti Azərbaycana səfər edəcək
İran prezidenti
Mahmud Əhmədinejad İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində
iştirak etmək üçün Azərbaycana gələcək.
APA-nın "Fars" agentliyinə istinadən yaydığı məlumata görə, İƏT dövlət başçılarının sammiti oktyabrın 16-da Bakıda keçiriləcək. Bundan bir gün əvvəl isə İƏT Nazirlər Şurasının XX iclasının keçirilməsi nəzərdə tutulur. Sammitin yekununda Bakı Bəyannaməsi qəbul olunacaq, sənəddə təşkilatın gələcək fəaliyyət istiqamətləri öz əksini tapacaq.