Əlaqə Arxiv
news Image
2012.10.01
15:00
| A A A
Ramil Səfərov məsələsinin AŞPA-da müzakirəsinə qərar verilib
Bu gün səhər Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosunun iclasında Ramil Səfərovun Azərbaycana ekstradisiyası və əfv olunması ilə bağlı məsələ müzakirə edilib.

APA-nın Avropa bürosunun xəbərinə görə, bu məsələnin AŞ PA gündəliyinə cari məsələ kimi daxil edilməsi təklif olunub. AŞPA Bürosu isə Ramil Səfərovun məsələsi ilə bağlı müzakirələrin qurumun cümə axşamı keçiriləcək plenar iclasında keçirilməsini təsdiqləyib.

AŞPA-nın bugünkü ilk plenar iclasında bu məsələ yenidən müzakirə olunaraq, səsverməyə çıxarılacaq və təsdiq olunduğu təqdirdə, əsas müzakirələr qurumun payız sessiyanın dördüncü günü olacaq.
 
Sizin Reklam Yeriniz