news Image
2012.10.05
14:27
| A A A
Azərbaycanın fəxri konsulu: “Avropa Birliyi və Almaniya Qarabağ probleminin həllində daha ciddi addımlar atmalıdır”
"Qarabağ problemi Almaniyanın diqqəti altındadır.

Biz bilirik ki, Dağlıq Qarabağ və onun ətrafında olan rayonlar Azərbaycanın tərkib hissəsidir. Mən Avropa ölkələrini və Avropa Birliyini bu problemin həllində öz aktivliklərini artırmağa çağırıram". APA-nın xəbərinə görə, bunu Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer bildirib.

Otto Hauzer Avropa Birliyi və Almaniyanın Azərbaycanın enerji tərəfdaşları olduğunu qeyd edərək bunları deyib: "Biz Azərbaycandan gələcəkdə neft və qaz alacağıq. Əgər biz enerji sahəsində əməkdaşlıq ediriksə, bu yalnız enerji sahəsində qalmamalıdır və Avropa Birliyi başa düşməlidir ki, Qarabağ probleminin həllində Azərbaycana yardım göstərməlidir. Bu barədə səyləri artırmalıdır. Biz bilirik ki, hazırda bu problemin həlli istiqamətində ATƏT-in Minsk qrupu vasitəçilik edir və heç bir ciddi addım atılmır. Bu səbəbdən Avropa Birliyi və Almaniya problemin həlli istiqamətində daha ciddi addımlar atmalıdır. Almaniya olaraq biz də tarixdə 50 il ayrı olmuşuq. Ancaq 20 il əvvəl Almaniyanı birləşdirə bildik. Almaniya və Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünün bərpasında daha aktiv olmalıdır".
 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs