news Image
2012.10.13
19:15
| A A A
Prezident İlham Əliyev ABŞ dövlət katibinin müşavirini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Erik Rubinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib, iqtisadi sahədə əlaqələrimizin daha da genişləndirilməsi üçün böyük imkanların olduğu vurğulanıb.
Görüşdə həmçinin ölkələrimiz arasında enerji sahəsində yüksək səviyyəli əməkdaşlığın önəmi qeyd olunub, Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs