Əlaqə Arxiv
news Image
2012.11.15
18:50
| A A A
İlham Əliyev BVF nümayəndə heyəti ilə görüşüb
Prezident İlham Əliyev bu gün Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Orta Asiya ölkələri Departamentinin direktoru Masud Əhmədin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında əlaqələrimizin uğurlu inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
Görüşdə, həmçinin ölkəmizdə bazar iqtisadiyyatı istiqamətində həyata keçirilən islahatların və makroiqtisadi sabitliyin təmin olunmasının önəmi vurğulanıb, Azərbaycanın prioritet elan etdiyi informasiya-kommunikasiya texnologiyaları, turizm, kənd təsərrüfatı sahələrinin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sizin Reklam Yeriniz