Əlaqə Arxiv
news Image
2012.11.21
10:05
| A A A
Sinqapurda səfərdə olan Azərbaycan prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sinqapur Respublikasında dövlət səfərində olan Azərbaycan prezidenti İlham Əliyevin noyabrın 21-də "İstana" sarayında rəsmi qarşılanma mərasimi olub.

APA-nın "AzərTac" dövlət agentliyinə istinadən verdiyi məlumata görə, Azərbaycan dövlət başçısını Sinqapur prezidenti Toni Tan qarşılayıb.

Sarayın qarşısında prezident İ. Əliyevin şərəfinə düzülmüş fəxri qarovul dəstəsinin rəisi raport verib. Azərbaycan və Sinqapurun dövlət himnləri səslənib.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Prezident İ. Əliyev "İstana" sarayının fəxri qonaqlar kitabını imzalayıb.

Azərbaycan nümayəndə heyəti Sinqapur prezidentinə, Sinqapurun dövlət və hökuməti üzvləri isə prezident İlham Əliyevə təqdim olunub.

Sizin Reklam Yeriniz