Əlaqə Arxiv
news Image
2016.06.02
17:23
| A A A
Prezident beynəlxalq sazişləri təsdiqlədi

Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında" sazişin təsdiq edilib. Movqe.az məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev müvafiq qanun imzalayıb. Bundan başqa İlham Əliyev "Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında" Memorandumun təsdiq edilməsi barədə qanun imzalayıb. "Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında" 2016-cı il martın 14-də Pekin şəhərində imzalanıb. Dövlət başçısının imzaladığı digər sənəd "Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında onların diplomatik və xüsusi pasportlara malik müvafiq vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında Sazişdə dəyişikliklər edilməsi barədə" Protokolun təsdiq edilməsi haqqında qanundur. Sözügedən saziş 2016-cı il martın 8-də Bakı şəhərində imzalanıb.

Sizin Reklam Yeriniz