Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
Prezident Pereslə bağlı ürək sözlərini yazdı
 
 
news Image
2016.09.29
17:07
| A A A
Prezident Pereslə bağlı ürək sözlərini yazdı

Prezident İlham Əliyev İsrailin Bakıdakı səfirliyinə baş çəkib. Bu barədə AzVision.az-a İsrail səfirliyindən məlumat verilib. Dövlət başçısı İsrail dövlətinin 9-cu prezidenti Şimon Peresin vəfatı ilə əlaqədar başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıb. Qeyd edək ki, sentyabrın 28-də 93 yaşında vəfat edən mərhum dövlət başçısı ilə rəsmi vida mərasim sabah keçiriləcək. Mərasimdə ABŞ prezidenti Barak Obama, Fransa prezidenti Fransua Olland, Kanada baş naziri Ceysin Tryudo və digər rəsmilər iştirak edəcəklər.