news Image
2017.05.02
13:55
| A A A
Uşaqlarda nitq qüsurları - SİMPTOMLAR

Movqe.az saglamolun.az-a istinadən nevropatoloq, pediatr Zülfiyyə İbrahimovanın yazısını təqdim edir.

Müasir dövrdə ən çox rast gəlinən problemlərdən biri uşaqlarda nitqin vaxtında inkişaf etməməsidir.

Valideynlər övladlarının danışmamağından, yaxud danışarkən qüsurları olmasından şikayət edirlər: ötən əsrin 70-ci illərinin əvvəllərində həmin problem yalnız 4% təşkil edirdisə, hazırda nitqi qüsurlu olan uşaqların sayı 6 dəfə artıb.
Nitq qüsurlarının səbəbləri arasında ilk növbədə doğuş travmaları, ata-ana arasında olan qan qohumluğu, sosial fon, yəni evdə valideynlərin müxtəlif dildə danışması çoxluq teşkıl edir. Daha bir vacib səbəb cizgi filmlərində olan işiq effektləri və hərəkət dinamikasıdır ki, bunlar da nitqin inkşafını ləngidir.
Ona görə də analar bir sıra məsələlərdə çox diqqətli olmalıdır:
- Uşaq üç aylığında başını çevirmirsə; səsə reaksiya vermirsə
- 4-6 ayında "b","p" kimi səsləri səsləndirmirsə
-  7 aylığında ətrafa reaksiya vermirsə (yəni uşağa acıqlanan zaman ağlamır, güldürərkən gülmürsə)
- 9-10 aylığında kiçik hecaları söyləmirsə, uşaqda nitqin inkşafı ləngiyir, yaxud gələcəkdə qüsurlu nitq formalaşır. Məlumdur ki, nitqi qüsurlu olanlarda özünə inam hissi də zəif olur. Adətən nitqin qüsurlu olmasına uşaq yaşlarda daha çox təsadüf edilir.
Uşaqlarda onun bir neçə formasına rast gəlinir:
- Alaliya - baş beynin hər hansı bir hissəsinin inkşafdan qalması və yaxud patologiyası səbəbindən nitqin olmaması.
- Dizartriya - mərkəzi sinir sistemindəki güclü zədələnmələr nəticəsində baş verir və uşaqlarda tənəffüs zamanı sözün bir hissəsi tamamilə itir. Bəzən dizartriyaları dislaliyalarla qarışdırırlar, lakin dizatriyalarda sözün bir hissəsi itir, dislaliyalarda isə hərf dəyişdirilir.
- Dislaliya - sözlərdə hərflərin istifadəsi dəyişir.
- Rinolaliya - burun-udlaqda adenoidlər və ya burun çəpərində yaranan əyrilik nəticəsində sait səslər ağızdan yox burundan ifadə olunur (tın-tın danışma).
- Loqonevroz (kəkələmə) - söz axınının, səs tembirinin, yaxud heca ritminin pozulmasıdır ki, bu forma getdikcə ağırlaşmağa meyilli olur.
Nitq problemlərinə aparıb çıxaran patogenetik səbəblər də müxtəlif olur:
- Uşaq valideyn arasında əlaqənin olmaması, yaxud zəif olması, məsələn, ana uşaqla danışmır, vərdiyi əşyaların adını soruşmur, yaxud sözlərin ifadəsində ona kömək etmir, sözlərə düzəliş etmir;
- Beyin qabığının ləng inkişafı;
- Somatik xəstəliklər.
Nitq qüsurunun əmələgəlmə səbəblərindən biri autizm xəstəliyidir.
Normal uşaqlarda 1 yaşında göstərici - barmaq formalaşır. Uşaq istədiyini barmağı ilə göstərir.
2 yaşına doğru isə nitqi formalaşır, fikrini sözlər və ya qısa cümlələrlə ifadə edir. Autist uşaqların isə öz dünyası formalaşır, ətraf mühitdən təcrid olunur , bir hərəkətin, yaxud bir əşyanın üzərində təkrarlayıcı hərəkətlər edir, nitqləri isə, yeni uşağın söz ehtiyatı yalnız 1-2 sözdən ibarət olur və həmin sözlər daim təkrarlanır. Belə uşaqlar mütləq psixiatr və nevropatoloq müayinəsindən keçirilməlidir. Müraciət nə qədər erkən olsa, səmərəsi də bir o qədər tez alınar.
Müalicədə dərman preparatları ilə yanaşı həkim-loqopedin hər uşaq üçün ayrıca hazırlanan fərdi məşqləri səmərəlidir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs