Əlaqə Arxiv
news Image
2017.08.18
14:00
| A A A
3 günə bir kilo arıqladan XİYAR PƏHRİZİ

Türkiyəli dietoloq Ender Saraç yeni pəhriz reseptini təqdim edib. Mütəxəssis xiyarla 3 gündə bir kilo arıqlamağın mümkün olduğunu iddia edir. Movqe.az Ailem.az-a istinadən E. Saraçın xiyar pəhrizi ilə sizi də tanış edir.

1-ci gün

Səhər: 2 ədəd xiyar və bir stəkan ilıq limonlu su

Birinci ara pay: 2 ədəd xiyar, bir stəkan ayran

Nahar yeməyi: 1 kasa qatığın içərisinə 1 çay qaşığı zəncəfil, 3 orta boy dilimlənmiş, qaynadılmış balqabaq qataraq yeyin.

İkinci ara pay: 3 ədəd qoz, 3 ədəd xiyar.

Üçüncü ara pay: 1 ədəd yaşıl alma

Axşam yeməyi: Bir boşqab zeytunyağlı balqabaq, 4 yemək qaşığı yarma plovu (mümkün qədər erkən saatda yeyin)

Gecə: 2 ədəd xiyar

2-ci gün

Səhər: Ballı, limonlu ilıq su, 2 ədəd xiyar, 2 dilim yağsız pendir

Birinci ara pay: 1 ədəd kivi, 4-5 dənə çiyələk.

Nahar yeməyi: 1 boşqab az yağlı qıyma ilə hazırlanmış balqabaq, 1 dilim

qızarmış çovdar çörəyi.

İkinci ara pay: 1 stəkan az yağlı keçi südü, 2 qoz.

Axşam yeməyi: 2 xiyar, 1 ədəd yumurta, 2 acı bibər (mümkün qədər erkən saatlarda yeyin)

Gecə: 2 ədəd xiyar

3-cü gün

Səhər: 1 stəkan ilıq, ballı, limonlu su, 2 xiyar; 2 şorba qaşığı az duzlu pendir.

Birinci ara pay: 1 yaşıl alma.

Nahar yeməyi: 1 kasa yaşıl mərcimək, 1 boşqab zeytunyağlı balqabaq.

İkinci ara pay: 2 ədəd xiyar.

Üçüncü ara pay: 1 stəkan ilıq, yağsız südün içinə zəncəfil əlavə edib için, yanında 2 qoz.

Axşam yeməyi: 1 kasa bol xiyar, yağsız qatıq, 3 yumurta ağı ilə acı bibərli omlet (mümkün qədər  erkən saatlarda yeyin)

Gecə: Bir ovuc ləbləbi, 2 xiyar.

Sizin Reklam Yeriniz