news Image
2017.05.12
13:26
| A A A
Bahar fəslində yaranan yorğunluqdan necə xilas olaq?

Baharda insan bədənindəki xəstəliklər üzə çıxır, yorğunluq və halsızlıq insanı əldən salır. Bəs bahar aylarında yaranan yorğunluqdan necə xilas ola bilərik?

Mütəxəssislər yaşıl çay, cökə, çobanyastığı, razyana və melisa otunun yorğunluğu aradan qaldırdığını bildirirlər. Bəzi bitkilər  həzm sistemi, halsızlıq, yuxusuzluq, başağrısı kimi xəstəliklərin müalicəsində istifadə edilir. Məsələn, yaz aylarında qara çay yerinə, yaşıl çay daha faydalıdır. 

Melisa bitkisi antiseptik xüsusiyyətə malik olduğundan yuxu pozğunluğunu aradan qaldırır, həmçinin həzmi yaxşılaşdırır.

Cökə isə baş ağrılarına qarşı çox yaxşı təsir edir. Həzmi yaxşılaşdırır, bir sözlə bahar yorğunluğuna qarşı son dərəcə müsbət təsir edir. Onların çiçək və yarpaqları qurudulur, dəmlənilərək içilir.

Çobanyastığı isə bağırsaq və mədə üçün çox əhəmiyyətlidir. Bu bitki də həzmi yaxşılaşdırır.

Razyananı isə qurudulmuş formada mağazalardan əldə etmək mümkündür. Razyana sakitləşdirici xüsusiyyətə malikdir. Bahar aylarında gərgin iş rejimində yorğunluğu aradan qaldırmaq üçün əla vasitədir. Bu bitkilərin üzərinə isti su əlavə edib dəmləməsini gözləyin. Qaynatmaq olmaz, əks halda təsirini itirir.

milli.az

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs