Əlaqə Arxiv
news Image
2017.05.19
15:09
| A A A
Dəriyə qulluq zamanı ən yayılmış 7 SƏHV

Qadının gözəlliyi ilk növbədə onun dərisinin və saçlarının vəziyyətindən asılıdır. Sağlam və gözəl dəri hər bir qadının arzusudur.
Lakin bəzən tez-tez etdiyimiz adi səhvlər dərinin vəziyyətinə çox mənfi təsir edir.
Sağlamolun.az dəriyə qulluq zamanı ən yayılmış 7 səhvi təqdim edir:
1. Sabunla üz yumaq.
İstənilən, hətta ən yumşaq sabun üz dərisinə qulluq etmək üçün uyğun gəlmir. Bunun üçün xüsusi vasitələr mövcuddur.
2. Yağlı dərini çox aktiv şəkildə "yağsızlaşdırmaq".
Bunun üçün qadınlar tərkibində spirt, müxtəlif turşular (salisil və s.) olan vasitələrdən istifadə edir. Lakin bu vasitələrdən tez-tez istifadə etməklə yağlı dərini daha da yağlı etmək mümkündür. Dərini tez-tez  yağsızlaşdırdıqda piy vəzilərinin fəaliyyəti artır və onlar daha çox piy ifraz etməyə başlayır.
3. Dekorativ kosmetikadan tez-tez və çoxlu miqdarda istifadə etmək.
Bu dərinin nəfəsalamasını, qan dövranını və dəridə gedən bərpa proseslərini pozur ki, nəticədə dərinin vəziyyəti də pisləşir.
4. Makiyajı təmizləmədən yatmaq.
Bu dəri üçün xüsusilə ziyanlıdır ki, dərinin iltihablaşmasına, civzələrin və sızanaqların əmələ gəlməsinə , dərinin daha tez qocalmasına səbəb olur.
5. Üz dərisinə qulluq zamanı boyun və dekolte zonalarına fikir verməmək.
Boyun və dekolte zonalarının dərisi də xüsusi qulluq tələb edir və bu qulluq olmadıqda tez qocalır.
6. Makiyaj üçün istifadə olunan sponj və fırçaları vaxtında təmizləməmək.
Sponj və fırçaların üzərində çoxlu çirk və mikroblar yığılır ki, bu da dərinin iltihablaşmasına səbəb olur.
Bu vasitələr həftədə ən azı 1 dəfə sabunlu suda yaxşı yuyulmalı və təbii şəraitdə qurudulmalıdır.
7. Gündən qoruyan kremlərdən istifadə etməmək.
İsti gün şüaları dərinin qurumasına və nəticədə daha tez qocalmasına gətirib çıxardır. Bu səbəbdən isti aylarda mütləq gündən qoruyan kremlərdən istifadə etmək və gün eynəklərini taxmaq lazımdır.


Saglamolun.Az

Sizin Reklam Yeriniz