news Image
2017.05.19
16:15
| A A A
Yəməndə bu qorxunc xəstəlikdən ölənlərin sayı artır

Yəmənin 18 əyalətində tüğyan edən vəba epidemiyası səbəbindən ölənlərin sayı 242 nəfərə çatıb.

Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı ölkə ərazisində 24 minə yaxın adamın bu xəstəliyə yoluxma ehtimalının olduğunu bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl paytaxt Sənada epidemiya ilə əlaqədar fövqəladə vəziyyət elan edilmişdi.

Yəmən hakimiyyəti vəba epidemiyası təhlükəsi barədə ilk dəfə 2016-cı ilin oktyabrında məlumat verib.

Məlumata görə, yoluxma riskinin yüksək olduğu bölgələrdə ümumilikdə 7,6 milyon adam yaşayır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs