Əlaqə Arxiv
news Image
2017.05.31
22:16
| A A A
Üzünüzdə və bədəninizdəki civzələrdən AZAD olmaq istəyirsiniz?

Müasir dünya farmasevtik sənayesi hər il yeni-yeni dərman preparatları istehsal edir.

Lakin bəzi köhnə və ucuz vasitələr var ki, bu vasitələr çox yaxşı müalicəvi effekt verir və hətta bahalı müasir preparatlardan da effektlidir.
Bu vasitələrdən biri kükürd məlhəmidir. Kükürd məlhəmi köhnə və sınanmış müalicəvi vasitədir. Bu məlhəmin tərkibi çox sadədir - vazelin, su və kükürd. Kükürd insan toxumalarına daxil olan makroelementdir. Beləliklə, bu maddə insan orqanizmi üçün yad deyil və bu səbəbdən kükürd məlhəminin istifadəsi zamanı allergik reaksiyaların inkişafının riski daha azdır.

Kükürd məlhəmi ifadə olunmuş antiseptik və iltihabəleyhinə təsirinə malikdir. Bu məlhəm psoriaz, qotur, dermatit, civzələr, irinli səpgilər kimi dəri problemlərini həll etməyə kömək edir. Bundan əlavə, kiçik yaralar, sıyrıntılar və s. kimi dəri zədələnmələri kükürd məlhəminin köməyi ilə daha tez sağalır.
İrinli səpkilər zamanı kükürd çox yaxşı müalicəvi təsir edir - səpkiləri qurudur, iltihabı aradan qaldırır.
Məlhəmi yalnız səpkilərin üzərinə çəkmək lazımdır - bütün üz dərisinə yox.

Nadir hallarda olsa da kükürd məlhəmi allergik reaksiyalara səbəb olur (daha doğrusu, bu, məlhəmə qarşı fərdi dözümsüzlükdür). Bu zaman məlhəm çəkilmiş yerdə yandırma hissi, qaşınma, qızarma mümkündür. Bu səbəbdən məlhəmi istifadə etdikdən əvvəl test edin - məlhəmi qulağın arxasına çəkin. Əgər 2 saatdan sonra dəridə qızarma, qaşınma və s. yoxdursa, məlhəmi istifadə edə bilərsiniz.

saglamolun.az

Sizin Reklam Yeriniz