news Image
2017.05.24
21:23
| A A A
Dükan əriştəsi və qazlı içkilər uşağı bu günə qoydu-FOTO

Movqe.az   milli.az-a -a istinadən bildirir ki, İndoneziyada yaşayan 10 yaşlı Arya Somantrinin valideynləri belə deyirdilər.

Aryanın çəkisi 190 kq idi. O, gündə 5 dəfə dükan əriştəsi ilə yanaşı, düyü, ət və balıqdan hazırlanmış xörəkləri də yeyir, üstəlik litrlərlə şirin, qazlı içkilər içirdi.

Buna rəğmən, Arya daim yemək istəyirdi, ac olduğunu deyirdi.

Aryanın anası, 36 yaşlı Rokayya və 45 yaşlı atası Ade Somantrinin sözlərinə görə, övladlarını az yeməyə vadar edə bilməyiblər.

İndi Arya məktəbə getmir. Daha doğrusu, gedə bilmir. Çətinliklə tərpənən, uzandığı yerdən zorla, uzun müddətə qalxan Aryanın bədən ölçülərinə uyğun paltar tapa bilməyən valideynlər naçar qalaraq oğlanın belinə saronq dolamaqla problemi həll etməyə çalışıblar.

Onlar Aryanı hospitala müayinəyə aparanda həkimlər cərrahiyyə əməliyyatına qərar veriblər.

Aprelin 17-də Arya əməliyyat olunub. O vaxtdan bəri 10 yaşlı oğlan 20 kq arıqlayıb.

"Arya indi də iştahının, tamahının öhdəsindən gələ bilmir. Əvvəlki kimi yeyir. Amma yeyən kimi qusur, çünki mədəsi kiçikdir. Oğlum arıqlamağa başlayıb. Ümid edirəm ki, o, daha da arıqlayacaq, çəkisi nisbətən normallaşacaq və yaşıdları kimi məktəbə gedəcək", - Aryanın anası Rokayya deyib.

"Omni Hospital"ın cərrahı Hendi Vinin dediyinə görə, rəhbərlik etdiyi qastroektomiya əməliyyatı 2 saat davam edib. Sonucda Aryanın mədəsinin ölçüləri 85 faiz azalıb.

"Arya bundan sonra əvvəlki kimi acmayacaq. Onun orqanizmdə "aclıq hormonu" kimi tanınan qrelin hormonunun səviyyəsi aşağı düşüb", - H.Vin deyib.

Arya indi əvvəlki kimi yeməyə çalışanda dərhal qusur. Ölçüsü 85 faiz azaldılmış mədə əvvəlki miqdarda yeməyi qəbul etmir.

Həkimlərin dediklərinə görə, Arya arıqlamağa başlayıb. Bir ildən sonra onun çəkisinin 100 kq-dan aşağı düşməsi ehtimalı var.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs