Əlaqə Arxiv
news Image
2017.07.15
20:00
| A A A
Uşaqlarda qalxanvari vəzin böyümə halları

Movqe.az saglamolun.az-a istinadən xəbər verir ki, son zamanlar bir çox hallarda uşaqlarda qalxanvari vəzin böyüməsinə rast gəlinir. Bunu yadda saxlamaqla valideynlər çox diqqətli olmalı və qalxanvari vəzin böyüməsinə şübhə yarandığı halda tez bir zamanda həkimə müraciət etməlidirlər.
Qalxanvari vəzin böyüməsinə “zob” da deyirlər. Zob qalxanvari vəzi hormonlarının həm artması (hipertireoz), həm də azalması (hipotireoz) ilə müşayiət edilə bilər. Əksər insanlarda isə zob olmasına baxmayaraq hormonal fon norma daxilində olur.


Qalxanvari vəzin böyüməsi zamanı sinir oyanıqlığı, ağlağanlıq, yaxşı iştahanın olması fonunda arıqlama, tez yorulma, ürək döyüntüləri sayının artması, fiziki gərginlik zamanı narahatlıq və s. bu kimi müxtəlif əlamətlər qeyd edilə bilər. Bu zaman həmçinin uşaqların xaricı görünüşündə boyunun yoğunlaşması, göz almalarının isə qabarması (onlar sanki göz orbitindən xaricə çixmış kimi görünürlər) əlamətləri də olur.
Bəs qalxanvari vəzin böyüməsi hansı səbəbdən baş verir? Əksər hallarda bunun səbəbi qəbul edilən qidaların tərkibində kifayət qədər yod elementinin olmamasıdır. Yod qalxanvari vəzin normal fəaliyyət göstərməsi və nəticə etibari ilə bu vəzdə orqanizmə lazım olan hormonların hazırlanması üçün vacib element hesab edilir.
Yodu insan qida ilə alır. O, dənız məhsullarının tərkibində daha çox olur. Qida maddələrinin tərkibində kifayət qədər yod olmayan ərazilərdə insanlar arasında zob xəstəliyinə daha çox hallarda təsadüf edilir. İnkişaf etməkdə olan uşaq orqanizmi üçün də kifayət qədər yod tələb olunur. Məskunlaşdığınız ərazidə bu mikroelementin çatışmazlığı qeyd edilirsə, uşağınızı həkim endokrinoloqa göstərmək lazımdır. O isə profilaktik və ya müalicə məqsədilə, uşağın yaşına uyğun olan dozada müxtəlif yod preparatlarının qəbul edilməsini məsləhət görə bilər.


 

Sizin Reklam Yeriniz