Əlaqə Arxiv
news Image
2017.06.21
09:45
| A A A
Yeni binaların xəstəlik və digər təhşdid mənbəiy olan su anbarları
Eyyub Hüseynov: “Problemlərin həlli bütövlükdə binanın idarəetməsinin MTK-lardan alınıb sakinlərə verilməsindən keçir” Anar Cəbrayıllı: “Bizdə olan məlumata görə, bəzi yeni binaların su anbarları illərlə yuyulmur”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov xüsusilə yeni tikililərə məxsus su anbarlarının aylarla təmizlənmədiyini, əhaliyə çirkli su verildiyini deyir. “Su anbarları vaxtlı-vaxtında təmizlənmir, anbarların içərisində ölmüş siçovuldan tutmuş ayaqqabı tayınadək zir-zibilə rast gəlirik. Mənzillərə çirkli su verilməsi ilə bağlı təşkilatımıza hər ay şikayətlər daxil olur”,-deyə E.Hüseynov bildirib. 

Məsələ ilə bağlı “Mövqe”yə açıqlama verən Eyyub Hüseynov hesab edir ki, problem yeni tikilən binaların özünüidarəetməyə verilməməsindən qaynaqlanır: “Mövcud qanunverciliyə görə, yeni tikilən binalar bir müddət sonra özünüidarəetməyə verilməlidir. Yeni tikilən binaların su anbarlarına “Azərsu” ASC nəzarət etmir. Mənzil tikinti koperativinin (MTK) xahişi ilə səhiyyə orqanları orada monitorinq, təmizləmə və digər işlər apara bilər. Lakin MTK-lar hazırda sakinlərdən daha çox pul qopartmaqla məşğludur. Kommunal haqlarını artırıblar, divarları yaşayış sahəsi kimi əhaliyə satırlar. Yəni, görünən odur ki, su anbarlarına nəzarət etmək fikirləri yoxdur. Binanın idarəedilməsi müəyyən müddətdən sonra sakinlərə verilməlidir. MTK-lar bu qanunu pozaraq su anbarlarını çirklənməş vəziyyətdə saxlayır”.
Eyyub Hüseynovun fikrincə, problem həllsiz deyil: “İnsalar yalnız kranta yox, anbarlara da nəzarət etməlidirlər. Anbarlara ictimai nəzarət lazımdır. Bizə gələn məlumatlara görə, su anbarlarında hətta heyvan leşləri də var. Problemlərin həlli bütövlükdə binanın idarəetməsinin MTK-lardan alınıb sakinlərə verilməsindən keçir”. 
“Azərsu” ASC-nin mərtubat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, standartlara görə, əhalini su ilə təmin edən anbarlar ildə ən azı bir dəfə yuyulub təmizlənib dizinfeksiya olunmalıdır: “Bu gün “Azərsu” ASC-nin balansında olan su anbarları o standarlata görə əvvəlcədən tərtib edilmiş qrafikə uyğun olaraq ildə ən azı bir dəfə yuyulur. Əgər ehtiyac yaranarsa, bir neçə dəfə də yuyula bilər. Ancaq yeni tikilən binaların su  anbarları “Azərsu” ASC-nin balansında olmadığından onlara xidmət göstərmirik. 
Bizdə olan məlumata görə, bəzi yeni binaların su anbarları illərlə yuyulmur. Bu da insanlara verilən suyun keyfiyyətinə təsir göstərir. Bununla bağlı “Azərsu” ASC, yerli su-kanal idarələri anbarların təmiz saxlanılması üçün mütəmadi olaraq MTK-ların rəhbərliyinə məktublar göndərir. Ancaq orada sanitar vəziyyətə “Azərsu” ASC-nin nəzarət etmək səlahiyyəti yoxdur”.
 

Mübariz BAYRAMOV

 

 

Sizin Reklam Yeriniz