Əlaqə Arxiv
news Image
2017.06.27
14:30
| A A A
Bu bitki min bir dərdin dərmanıdır

Movqe.az axşam.az-a istinadən nanənin bilmədiyiniz faydalarını sadalayır:

1. Tərkibi orqanizm üçün vacib olan A, C, B qrup vitaminlərlə və mikroelementlərlə zəngindir.

2. Bu bitkinin faydalı xüsusiyyətlərindən ən başlıcası sinir sisteminə müsbət təsiri, əsəbləri sakitləşdirməsi, stressi və gərginliyi aradan qaldırmasıdır.

3. Nanə ürək-damar sistemi üçün də xeyirlidir və infarkt riskini azaldır.

4. Mədə problemləri olan insanlar üçün nanə ən effektli vasitələrdən biri sayıla bilər. Köp, mədə bulanması, mədənin yanması zamanı bu bitkidən istifadə etmək məsləhət görülür.

5. Həmçinin o, həzm sistemini normallaşdırır, həzmi asanlaşdırır. 

6. Dərinin sağlam və gümrah görünməsində nanə bitkisindən kosmetik vasitə kimi istifadə olunur. 

7. İştahından şikayətlənənlər üçün bu bitki təbii dərmandır. 

8. Ağızdan xoşagəlməz qoxunu aradan qaldırmaq üçün nanədən istifadə etmək kifayətdir.

Qeyd edək ki, nanə bitkisi qurudulmuş və təzə formada istifadə olunur. 

Sizin Reklam Yeriniz