news Image
2017.08.18
13:00
| A A A
Kələmin faydaları

Ağ  kələmin tərkibi demək olarki insan həyatı üçün zəruri olan vitamin toplusundan ibarətdir. Bunlar provitamin A, vitamin C, B1, B2, B3, B6, K və mədə xorasının qarşısını almağa kömək edən U vitaminləridir.
Movqe.az immunitet.az-a istinadən bildirir ki, onun tərkibində karbohidratların yağa çevrilməsinin qarşısını alan tartron turşusu vardır. Baş kələmin şirəsində mədə və onikibarmaq bağırsaq xorasının sağalmasına kömək edən maddə - V vitamini olur. Kələm suyu mədə şirəsinin ifrazını artırır, o həmçinin ödqovma xassəsinə də malikdir. Onu qastrit və xora xəstəliyinin qarşısını almaq üçün 2-3 həftə gündə 3 dəfə 0,5 stəkan içmək lazımdır. Kələm suyunu +2*C-də ancaq 1 gün saxlamaq olar. İltihabi xəstəliklərdə, yanıqlarda, əzilmədə həmin yerə kələm qoyulur. Kök və kələm suyu qarışığı vitamin C-nin əla mənbəyini təşkil edir. Beləki, bu da paradantozun yaranmasına səbəb olan bəzi damaq xəstəliklərinin qarşısını alır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs