Əlaqə Arxiv
news Image
2018.11.09
14:00
| A A A
Arı sancarsa, nə etməli? - MƏSLƏHƏT

Havalar isinən kimi uşaqlı-böyüklü hamı təbiət qoynuna qaçır. Ancaq yaşıllığın bol olduğu yerlərdə həşərat və arı sancma ehtimalı gözləmədiyimiz anda istirahətimizi korlaya bilər. 
Movqe.az-ın z lent.az-a istinadən isti aylarda daha çox yaşanan arı sancmaları ilə bağlı bilməli olduğunuz məqamları təqdim edir.
  
Arı sancmasının əlamətləri
 
Sancılan yerdə şişkinlik, ağrı, qızartı, qaşıntı və qabarıqlıq meydana gəlir. Ağrı bir neçə saat olur, sonra azalır. Şişkinlik isə bir-iki günə keçir. 
 
Ölümcül hallara səbəb olan arı sancmaları
 
Arı sancmaları nadir olsa da həyatı təhlükə daşıyacaq reaksiyalara səbəb ola bilər.
Allergiyası olan insanlarda arı sancmaları zamanı tez müdaxilə etmək lazımdır.
Allergik reaksiya göstərən sancma zamanı mədə bulantısı, qusma, baş gicəllənməsi, huşun itirilməsi, dildə şişmələr, nəfəs almada çətinlik kimi əlamətlər ortaya çıxır. Qan təzyiqində meydana gələn azalma ilə insan şoka girə bilər. 
 
Arı sancarkən ilk olaraq nə etməli? 
 
İlk əvvəl arının iynəsi nəyləsə çıxarılmalıdır. Yara çoxlu su və sabunla yuyulmalıdır. Arı sancan yerə buz qoymaq zəhərin dağılmasını və bədənin verə biləcəyi allergik reaksiyanın şiddətini azalda bilər. Allergiyası olan insanları isə tez bir zamanda həkimə aparmaq lazımdır. 
 
Arı sancmaması üçün nə etməli? 
 
Yay aylarında çiçək qoxulu ətir, şampun, losyon, dezodorant və kosmetik vasitələrdən istifadə etməyin. 
 
Diqqət çəkici pastel rənglər və çiçək naxışlı geyimlər geyinməyin. 
 
Şəkərli yemək və içkilərin ağzı möhkəm bağlanmalıdır. 
 
Üstünüzə arı qonduğu zaman hərəkətsiz qalın, həyəcanlanmayın.
 Milli.Az

Sizin Reklam Yeriniz