news Image
2017.09.16
22:36
| A A A
Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi

Xora xəstəliyinə tutulmamaq, kəskinləşməsi və ağırlaşmasının qarşısını almaq üçün aşağıdakıları etmək lazımdır:

● xorası olan xəstələr mütəmadi (yazda və payızda) həkim müayinəsindən keçməlidirlər;
● dərmanla müalicədən əlavə, pəhrizə riayət etmək tövsiyə olunur;
● qida qəbulu miqdarca az, gündə 4-5 dəfə olmalı, gecələr qidalanmadan qaçılmalıdır;
● suda bişirilmiş qida məhsullarına, xüsusən ət və balıq məmulatlarına, sıyıqlara, meyvə-tərəvəzlə qidalanmaya üstünlük verilməlidir;
● acı, turşuya qoyulmuş, hisə verilmiş, qızardılmış, çox isti və soyuq qida məhsullarından imtina edilməlidir;
● tünd çay və qəhvə qəbulu azaldılmalıdır;
● siqaret və alkoqoldan tamamilə imtina edilməlidir;
● gündəlik yuxu ən azı 8-9 saat olmalıdır;
● dişlərin sağlamlığına diqqət yetirilməlidir;
● yanaşı xəstəliklər müalicə olunmalıdır;
● streslərdən uzaq olmaq lazımdır;
● gün ərzində heç olmasa 1 saat təmiz havada olmaq lazımdır.

Müalicədən sonra

Milli.Az saglamliq.isim.az-a istinadən bildirir ki, xoranın sağalmasına və xəstəliyin ağırlaşmamasına əmin olmaq üçün müalicədən bir neçə həftə sonar təkrar endoskopiya müayinəsi aparılmalıdır!

Xora xəstəliyi nə deməkdir?
 

Xora xəstəliyi - mədə və ya onikibarmaq bağırsağın selikli qişasının zədələnməsi nəticəsində əmələ gələn xəstəlikdir.

Xora xəstəliyinin əlamətləri hansılardır?
 

●  Mədə nahiyəsində, bəzən döş qəfəsinin sol yarısına, onurğanın döş və bel hissələrinə yayılan yandırıcı ağrı;
●  Mədə xorasında ağrı yeməkdən 0,5-1 saat sonra və ya dərhal başlayır;
●  Onikibarmaq bağırsağın xorasında ağrı yeməkdən əvvəl (mədə boş olanda) və ya yeməkdən 2-2,5 saat sonra başlayır və qida qəbulundan sonra keçib gedir;
●  Turş gəyirmə, qıcqırma, ürəkbulanma, qusma, qəbizlik;
●  İştahanın pozulması, arıqlama;
●  Yaz və payız aylarında ağrı və digər əlamətlərin güclənməsi;
●  Xora xəstəliyinin əlamətsiz gedişi də mümkündür.
●  Bu halda xora təsadüfi müayinə nəticəsində və ya ağırlaşma baş verdikdə aşkar olunur.

Xora xəstəliyinin səbəbləri hansılardır?
 

● Helikobakter pilori (HP) adlı bakteriyaların mövcud olması (hər 10 xəstədən 8-9-da);
● Mədə və onikibarmaq bağırsağın selikli qişasının zədələnməsinə səbəb olan dərmanların (aspirin, ibuprofen və s. kimi) uzun müddət qəbulu;
● Yaxın qohumlarda (o cümlədən valideynlərdə) xora xəstəliyinin olması.

Xoranı necə aşkar etmək olar?
 

● Rentgenoloji müayinə vasitəsilə;
● Endoskopiya vasitəsilə (hər hansı bir səbəbdən endoskopiyanın aparılması mümkün deyilsə, qan və nəcis HP-yə görə müayinə olunur).

milli.az

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs