Əlaqə Arxiv
news Image
2018.09.03
11:49
| A A A
Donuz ətini niyə yemək olmaz… - Dəhşətli xəstəliklərin səbəbi

Həm din, həm də demək olar ki, bütün elm adamları donuz ətinin yeyilməsini qadağan edir.

"O sizə leşi, qanı, donuz ətini və Allahdan başqası adına kəsilmiş heyvanı haram qıldı. Amma bunu yeməyə məcbur olanlar həddi aşmayacaq dərəcədə yesə onlara günah yoxdur. Həqiqətən Allah bağışlayandır və əsirgəməyəndir." (Bəqərə surəsi,173 ayə)

Movqe.az milli.az-a istinadən bildirir ki, bundan başqa bir neçə ayələrdə donuz ətindən bəhs edilir. Məsələn Maidə surəsinin 3-cü ayəsi, Nəhl surəsinin 115-ci ayəsi, Ənam surəsinin 145-ci ayəsi və Maidə surəsinin 60-cı ayələrində donuz ətinin haram olaraq qadağan olmasından söz açılır.

Bəs donuz əti niyə yeyilməməlidir?

Donuz yeganə heyvandır ki, öz nəcisini yeyir. Donuz ətini yeyən insanlarda immun sistemi yeməyənlərdən həmişə aşağı olur və çox güclü bir allergiyaya səbəb olur.

Donuz əti başqa ətlərdən fərqli olaraq insanda böyümə hormonlarına təsir edir və bu hormonların nizamlı hərəkətini pozur. Bundan sonra belə insanlarda xolesterin və lipid mübadiləsində pozulmalar əmələ gəlir.

Donuz ətinin tərkibindəki yağlar başqa yağlara nisbətdə qan damarlarına sürətlə keçir, bundan sonra damarlarda yağlanmanın miqdarı artır və belə insanlar ürək xəstəliklərinə daha tez tutulurlar və bu insanların infarkt olma riskini çoxaldır. Belə insanların beyin qan dövranında da həmişə problemlər olur çünki damarların mənfəzləri tutulduğundan beyinin qidalanması pozulur və belə insanlar alzeymer, skleroz kimi xəstəliklərə daha cavan yaşlarında tutulurlar.

Donuz piyinin içərisində sutoksin adında zəhərli maddə var ki, bədəndəki limfa damarlarının işini pozur və onların böyüməsinə səbəb olur. Məsələn daima donuz əti yeyən insanlar adicə boğazgəlmə xəstəliyinə tutulanda boğazları o qədər şişir ki, sanki donuza bənzəyirlər.

Donuz ətini daimi yeyən insanların dərilərində ekzema və qaşıntı neyrodermit daha çox olur, buna səbəb ətdə olan histamin və imtidazoldur.

Donuz ətini daima yeyən dövlətlərin insanlarına nəzər salın, demək olar hamısı hədsiz piylənmədən və şəkərdən əziyyət çəkirlər. Bundan başqa donuz ətində donuz finnası adlı qurdlar var, bu qurdlar inək ətində də olur, amma inək ətini 80 dərəcəyə qədər qızdıran kimi finnalar ölür, donuz ətini isə 120 dərəcə qızdırmaq lazımdır ki, bu qurdlar ölsün. Məsələn donuz ətindən kabab bişən zaman bu qurdlar çox zaman ölmür. İnək ətindən yoluxan finnalar müalicəyə rahat tabe olurlar, amma donuz ətindən yoluxmuş finnalarla mübarizə illərlə çəkir. Çünki xarici amillərə qarşı cox davamlıdırlar. Tək finnalar yox, donuz ətindən insanlara yüzlərcə zoonoz xəstəliklər keçə bilir.

Donuzlarda qısqanclıq hissi olmur, daima donuz əti ilə qidalanan insanlara bu hisslər keçir və onlarda da qısqanclıq hissləri ölməyə başlayır.

Donuz yediyi yeməkləri 4 saata həzm edir. Bu nə deməkdir?

Bu, çox sürətli həzm olduğundan, donuz yediyi yeməkləri tam filtrasiya (təmizləmə) edə bilmir və sonda bütün mikroblar və bakteriyalar onun orqanizmində qalır.

Donuz ətinin tərkibində cox miqdarda kükürd var, daimi qidalanma zamanı kükürd orqanizmdə çoxalır və fəqərələrin, oynaqların arasındakı toxumalarda toplanır, sonda belə insanlar bel yırtığı oynaqların əyilməsi kimi xəstəliklərə tutulurlar.

Sizin Reklam Yeriniz