Əlaqə Arxiv
news Image
2018.11.09
12:28
| A A A
Nazik dodaqlı xanımlara bəd xəbər

Qadınların əksəriyyəti dolğun dodaqlara sahib olmağı gözəl görüntü üçün istəsə də, mütəxəssislər daha maraqlı açıqlamalarla çıxış edib.

Movqe.az medicina.az-a istinadən  xəbər verir ki, Türkiyənin estetik cərrahi mütəxəssisi Belma Şahin dolğun dodaqlı insanların ağız ətrafının daha gec qırışdığını bildirib. Onun sözlərinə görə, nazik dodaqlar daha tez qırışır.

"Bəzi insanlar nazik dodaqlara sahibdirlər. Yaş artdıqca da artıq ağız ətrafında qırışlar yaranmağa başlayır. Bu səbəbdən bir çox insan dodaqlarını böyüdür. Yəni bu proseslə sırf dodaqlar formaya salınmır, həmçinin ağız quruluşu düzəldilir”, - deyə həkim bildirib.
 
Həkim dolğun dodaq üçün hyalurinik asit tərkibli dolğu maddələrindən istifadəyə üstünlük verildiyini vurğulayıb. Onun sözlərinə görə, bu vasitə ilə dodaqlarla birlikdə ətraf çöküntülər də düzəldilir və təbii görünüş ən düzgün seçimdir.

B.Şahin xanımların bu prosesdə ehtiyatlı olmalarını tövsiyə edib: "Yanlış müdaxilə ilə insan dodağı ördək ağzı formasını ala bilər. Bundan əlavə infeksion xəstəliklər də yoluxa bilər. Mütəxəssislə danışmalı və dodağa yerləşdiriləcək maddənin onun orqanizminə uyğun olub-olmadığını dəqiqləşdirməlidirlər”.

Qeyd edək ki, ağız ətrafı qırışları aradan götürmək üçün qızıl iynə, mikrobotoks, təbii pilinq və lazer kimi bir sıra üsullar var. Bu səbəbdən tətbiq olunacaq ən uyğun üsulu peşəkar dəqiqləşdirməlidir.

Sizin Reklam Yeriniz