news Image
2017.10.11
22:00
| A A A
Unikal əməliyyat: dünyada hələ belə şiş görünməmişdi - FOTO

Hindistanda unikal cərrahiyyə əməliyyatı gerçəkləşdirilib. Cərrahlar 5,5 kq ağırlığında şişi kəsib götürüblər.

Movqe.az milli.az-a istinadən bildirir ki, Hindistanın Mumbay şəhərindəki "Lokmanya Tilak Municipal General Hospital at Sion" hospitalında gerçəkləşdirilmiş əməliyyat zamanı 28 yaşlı Mancu Devi nəhəng şişdən qurtulub.

8 saat davam edən əməliyyat zamanı uzunu 31, eni 19 sm, ağırlığı 5,5 kq olan şiş Devinin sağ böyrəyindən ayrılaraq kəsilib.

Devi hospitala yollanaraq üç ildən bəri sağ böyründəki şişdən, ağrılardan şikayətlənmişdi.

Sən demə, səbəb bu nəhəng şişdi.

Normal böyrək 110-140 qram çəkidə olur.

Qadının böyrəyinin qarışdığı şiş isə böyrəyin özündən 50 dəfə ağırdı.

Əməliyyata başçılıq etmiş uroloq Acit Savantın dediyinə görə, prosedur Ginnesin Rekordlar Kitabına düşüb.