Əlaqə Arxiv
news Image
2017.10.18
14:15
| A A A
Çox tərləyənlər oxusun!

İstilərə bağlı olaraq yaranan tərləmələr (qoltuqaltı, əl və ayaq tərləmələri) sağlıq halımıza mənfi təsir edir. Həddindən artıq tərləmə probleminin həm psixoloji, həm də fizioloji səbəbləri olduğunu deyən plastik və fekonstruktiv cərrahiyyə mütəxəssisi Birol Çevikin fikrincə, "həddindən artıq tərləmə müalicəsində təsirin müalicələrdən biri botoks inyeksiyasıdır. Botoksun təsiri 6 ay davam edir.

Movqe.az big.az-a istinadən bildirir ki, həddən çox tərləmələn baş verən nahiyyələrdə göbələk xəstəlikləri müşahidə edilə bilər. Bu vəziyyətdə bəzən axıntılı və pis qoxulu, hətta tərin rənklənməsinə yol açan problemlər yarada bilər. Bundan başqa, həddən artıq tərləmə tərin cilddə yaratdığı dağıtmaya bağlı ekzemaya səbəb olur. Ekzema dəridə qızartı və bəzən soyulma şəklində ortaya çıxır, çox qaşınan ola bilər.
Yorğunluq da gətirə bilər
Tərləməyə botoksla son
Həddindən artıq tərləmə su, natrium, xlor və kalium itkilərinə yol açaraq halsızlığa və yorğunluqlara səbəb olur. Adamda eyni zamanda şəkər xəstəliyi və ya böyrək çatışmazlığı varsa, yorğunluq daha da ağır seyr edir. Bunlarla yanaşı, həddindən artıq tərləmə ciddi psixoloji problemlərə də yol açır. Bu problemlərin öndə gələnləri narahatlıq və depressiyadır. Əllərin həmişə tərli olması sosial münasibətlərdə əl vermə və s. tərəddüdə yol aça bilər.
Botoks ilə tərləmə müalicəsi necə aparılır?
10 dəqiqə davam edən bu müalicə artıq geniş istifadə edilən bir üsuldur. Tətbiq səhiyyə baxımından heç bir mənfi bir təsirə səbəb olmaz. Təsirini 6 ay müddətində qoruyur. Tətbiq ilə tər vəzilərinin həddindən artıq çalışmasına maneə törədilər. Amma prosedur təcrübəli və təhsilli həkimlər tərəfindən edilməlidir.

Sizin Reklam Yeriniz