Əlaqə Arxiv
news Image
2018.06.11
16:49
| A A A
Lazer proseduru kimlərə qadağan olunmalıdır?

Bu gün xanımların böyük əksəriyyətinin  istifadə etdiyi lazer epilyasiyası tibbin ən böyük kəşflərindən sayıla bilər. Dünyanın hər yerində, həmçinin ölkəmizdə geniş yayılan bu üsuldan insanlar arzuolunmaz tüklərdən azad olmaq üçün istifadə edir. Lakin lazer aparatlarının orqanizm üçün tam ziyansız olduğunu demək mümkün deyil. Onu da qeyd edək ki, qadınlarla yanaşı, kişilərin də 10-20 faizi bu üsuldan istifadə edir. Beləki, əvvəllər yaş kateqoriyası 25 yaşdan yuxarı idisə, indi vəziyyət tamamilə dəyişib.Artıq yeniyetmələr arasında da gözəçarpan xarici görünüş üçün lazer epilasiyası etdirənlərin sayı kifayət qədərdir. Erkən yaşda lazer epilasiyasından istifadə səhhətdə ağır problemlər yarada bilər. Bu barədə danışan həkim-kosmetoloq Sevinc Fətəliyeva lazer epilyasiyasının orqanizm, xüsusilə insan dərisi üçün yaratdığı problemlərdən bəhs ediblər. 

Onun sözlərinə görə, qızlara 16 yaşdan, oğlanlara isə 18 yaşdan əvvəl lazer aparatlarından istifadə etmək təhlükəlidir.Bu yaşlara qədər qız və oğlanların hormonlarında dəyişiklik getdiyi üçün yetkin yaşa çatmadan epilyasiya etmək omaz. Həmin dövrdə dəri çox həssas oluduğundan, dəridə ləkələr, yanmalar baş verə bilər.
 Təssüf ki, çoxlarımız qüsursuz görünüşə sahib olmaq üçün özümüz də bilmədən səhhətimizi təhlükəyə atırıq. Təsadüfi deyil ki, xəstəlikləri olan insanlar lazer epilasiyasından gözəl görünüş üçün istifadə edib sonda  ağır fəsadlarla qarşılaşırlar. Bu haqda Sevin Fətəliyeva qeyd edir: “Əgər epilasiya olunacaq nahiyyədə açıq yaralar, dəri xəstəlikləri - ekzeme, neyrodermit, psoriaz və s. varsabu halda prosedur keçirilməməlidir. Təkcə dəri xəstələri deyil, kəllə-beyin travmalı, aktiv forma şiş  və kəskin forma daxili xəstəlikləri olan şəxslər qətiyyən gözəl görünmək üçün sağlamlıqlarını təhlükəyə atmamalıdırlar”.Mütəxxəssis onu da vurğulayır ki, hamilə qadınlar və süd verən analar lazer epilasiyasından uzaq dursunlar. Əks halda, hamilələrdə  patoloji xəstləliklər, süd verən analarda isə südün kəsilməsi müşahidə oluna bilər. 
Çoxlarının lazer epilasiyasından uzaq durma səbəblərindən biri də xərçəng yaratması haqda deyilənlərdir.Bu haqda Movqe.az-a açıqlamasında onkoloq Həqiqət Vəliyeva qeyd edir ki,lazer epilyasiyasının xərçəng yaratma riski haqda yayılan məlumatların əsası yoxdur:"Bu üsul yeni olduğu üçün uzun müddət keçməlidir ki, təsirinin olub-olmadığı bilinsin.Hər ehtimal məsləhət görülmür,nəcəki telefon istifadəsinin də təsirləri çox sonra bilinəcək. Bütün bunlara baxmayaraq lazer epilasiyasının xərçəng və ya şiş yaratması haqda tibbi əsas yoxdur.Elə bu səbəbdən də biz deyə bilmərik ki, lazer epilasiyası yüz faiz xərçəng yaradır yoxsa yox".

 

 

 

 

 

 

 

Qızılgül SARİYEVA

Sizin Reklam Yeriniz