Əlaqə Arxiv
news Image
2018.05.07
09:43
| A A A
Burnunu əməliyyat etdirmək istəyənlər oxusun!

Hər il xarici görünüşünü dəyişdirmək, komplekslərindən azad olmaq üçün minlərcə insanın üz tutduğu estetik əməliyyatlar arasında ilk sırada rinoplastika qərarlaşır. Elə ölkəmizdə də edilən hər 10 plastik əməliyyatdan 7-8-i rinoplasitika-burun estetik əməliyyatlarıdır. Bunu estetik əməliyyatlarla məşğul olan cərrahlar da mətbuata açıqlamalarında təsdiqləyiblər. Rinoplastika zamanı pasiyentlər üçün burunun xarici görünüşü önəm daşısa da, əməliyyatda kiçik səhv assimetrik pozuntulara və nəticədə tənəffüs almağın çətinləşməsinə gətirib çıxarda bilər. Əməliyyat sonrası baş verə biləcək fəsadlardan danışan otorinolarinqoloq İlkin Mikayılzadə deyir ki, rinoplastik əməliyyatlardan sonra müəyyən dərəcədə tənəffüsdə problem yaranma ehtimalı olur. Burunun birinci funksiyasının nəfəs almaqdan ibarət olduğunu söyləyən otorinolarinqoloq, bu əməliyyatların lor cərrahlarının iştirakı ilə aparmasının daha məqsədəuyğun olduğunu söyləyir: “Bəzən rinoplastik əməliyyatdan əvvəl nəfəs almada heç bir problem olmayan pasiyentlər, əməliyyatdan sonra fısıltılı nəfəs almağa başlayırlar. Əməliyyat əsnasında  burun sümüklərinin sındırılaraq, orta xəttə qədər incəldilməsi prosesi həyata keçirilir. Belə prosedurdan sonra burun boşluğunun həcmi dəyişilə bilər.Əgər prosedur sonrasında uzun müddət burnun alt hissəsinin həcmində dəyişiklik baş verdikdə həkimə müracət edilmirsə, gələcəkdə belə problemlər yaşana bilər. Çünki, şişmiş burun dəlikləri tənəffüsü çətinləşdirir. Həmçinin burun dəliklərinin həçmi çox kiçikdirsə nəfəs alma zamanı fısıltı yaranır”.
Cərrah deyir ki, estetik  əməliyyat sonrası çox vaxt burun dəlikləri arasında assimetrik pozuntulara rast gəlinir: “Açıq desək, belə görüntü heç də xoşagələn olmur.Loru dildə desək, bu burun dəliklərinin birinin aşağı, digərinin yuxarıda olmasıdır. Assimetrik burun dəliklərinin yaranması elə qüsurdur ki, cərrahın əməliyyat zamanı düzəliş etmə şansı var. Lakin qüsur vaxtında aradan qaldırılmasa, əməliyyat sonrası burun dəliklərində assimetriya xətası görüləcək. Bu halın qarşısını almaq üçün əməliyyat zamanı burun dəliklərində və burunun alt nahiyyəsində olan şişlikləri aradan qaldırmaq lazımdır. Əks halda asimmetrik görüntü qaçılmaz olur. Ümumiyyətlə burun dəliklərində assimetriya pozğunluqları varsa, deməli estetik cərahiyyə zamanı hər hansı qüsur buraxılıb”. 

İlkin Mikayılzadə deyir ki, rinoplastika əməliyyatı keçirmiş bəzi pasiyentlərdə sonradan burun ucunun aşağı düşməsi və ya sallanması hallarına tez-tez rast gəlinir: “ Burun ucunun qalxma dərəcəsi qadın və kişilərdə fərqlidir. Kişilərdə bu dərəcə 90-95, qadınlarda isə 100-105 intervalında nəzərdə tutulur. Burun ucunun sallanma hallarının qarşısını almaq üçün əməliyyat zamanı burnun ucuna xüsusi parça yerləşdirilir və dodaqla olan məsafə nəzarə alınır. Beləliklə də, rinoplastika sonrası burunun dikliyi, sonradan enlənməməsi və mailiyi təmin olunur. Bütün bu nüanslara diqqət etdikdə sonradan sallanma halları baş vermir”. 
Rinoplastikaya üz tutmaq istəyində olanlara həkimin tövsiyyəsi isə cərrah seçimində diqqətli olmaq, xarici ölkələrdə kurs keçərək rinoplastik cərrah kimi xidmət göstərənlərin “toru”na düşməməklə bağlıdır.Odur ki, gözəl xarici görünüş üçün estetik burun əməliyyatı keçirməzdən öncə bir  daha düşünün. Ataların belə bir sözü var:”Gözəllik qurban tələb edir”.Diqqət edin ki, o qurban sizin sağlamlığınız olmasın!!!


 

 

 

 

 

Qızılgül SARİYEVA

 

Sizin Reklam Yeriniz