Əlaqə Arxiv
news Image
2018.06.15
11:00
| A A A
Cavan qalmaq üçün NƏ YEMƏLİ?

Əgər gözlərinizin sağlamlığını qorumaq istəyirsinizsə yaşıl çay için. Tərkibində olan anti-oksidanlar gözünüzü qoruyacaqdır.

Balıq.

Balıq dərinizin qocalmasının qarşısını alar və tərkibində olan Omeqa 3 zehninizi güclü saxlayar.

Yumurta.

Movqe.az  big.az-a istinadən bildirir ki, gözəlliyimizə yaxşı təsir qoyan qidalardan biri də yumurtadır. Yumurta saçlarınıza fövqəl-adi təsir edə bilər. Onun tərkibində proteynin miqdarı çox olduğundan saçlarınızın uzanması üçün faydalıdır.

Kələm.

Dırnaqlarınızın sağlam qalması üçün kələm yeyin. Onun tərkibində dəmir vardır. Əgər bədəndə dəmir çatışmazsa dırnaqlarınız qırılmağa başlayar.

Pomidor.

Pomidor sizin sağlamlığınız üçün faydalı tərəvəzdir. Tərkibində olan likupen sizi günəş yanmasından qoruyar. Bundan başqa zərərli hüceyrələrin yaranmasının qarşısını alar.

Qəhvəyi rəngli düyü.

Qəhvəyi rəngli düyü sizin arıqlamağınız üçün faydalı qidadır. Tərkibində kalori və yağ azdır. Sizə toxluq hissi verəcəkdir.

Sizi cavan saxlayan meyvələr:

Alma: Almanın tərkibində olan faydalı kimyəvi maddələr xərçəng yaradan hüceyrələrin qarşısını alır. Bununla yanaşı vitaminlə zəngindir.

Tut, moruq, zoğal, xar tut: Bu meyvələrin tərkibində anti-oksidanlar olduğu üçün qan xəstəlikləri ilə mübarizə aparar.

Şaftalı, armud və ərik: Şaftalı dərimizə qulluq edər, armud ömrümüzü uzadar. Əriyin tərkibində A vitamini, maqnezium, dəmir, kalsium və kalium vardır.

Sitrus meyvələri bizim vitaminə olan ehtiyaclarımızı təmin edər.

Brokoli.

Brokoli çox faydalı bir tərəvəzdir. Onun tərkibində çox sayda vitamin vardır. Ancaq kalorisi azdır. Bu tərəvəzi yeməklə bədənimiz sağlam qalar və ömrümüzü uzadar. Tərkibində olan C vitamini bizi cavan saxlayar.

Sizin Reklam Yeriniz