Əlaqə Arxiv
news Image
2018.09.25
13:14
| A A A
Bunu yesəniz, xərçəngə tutula bilərsiniz - XƏBƏRDARLIQ

Gündəlik yediyimiz qidaların çoxunun biz fərqində olmadan xərçəngin yaranmasına səbəb olur. Bəs bu qidalar hansılardır?

Movqe.az  lent.az-a istinadən həmin qidaları sizə tanıdır.

Mikrodalğalı sobada partlamış qarğıdalı

Praktik olmasına baxmayaraq mikrodalğalı sobada partladılan qarğıdalı dənələri yüksək dərəcədə kanserogen ehtiva edir. Xüsusilə qadınlarda yumurtalıq, böyrək, qaraciyər kimi orqanlarda xərçəng riskini artırır.

Rafinə edilmiş şəkər və meyvəli qazlı içkilər

Rafinə edilmiş şəkər və şəkərli qidalar xərçəng hüceyrələrinin törəməsini artırır. Xüsusilə tortlar, pirojnalar, limonadlar və meyvə suları qadağan edilmiş qidalar siyahısında ilk sıralarda yer tutur.

Kartof çipsi

Ləzzətli olduqları qədər kalori ilə zəngin və trans yağ ehtiva edən çipslər ürək xəstəliklərindən tutmuş xərçəngə qədər bir çox xəstəliyin yaranmasına səbəb olur.

İşlənmiş ağ un

Rafinə edildikdən sonra işlənən ağ un qida dəyərini itirməsi ilə yanaşı, tərkibində zərərli kimyəvi maddələr saxlayır. Yalnız çəkinizin artmasını təmin edən bir qida olmaqla bərabər, xərçəng riskini də artırır.

Pəhriz qidalar

Xüsusilə tərkibində süni dadlandırıcılar olan pəhriz qidalarına əlavə rəng də qatıldığı üçün sağlamlıq baxımından zərərlidir.

Süni dadlandırıcılar

Şəkər istifadə etmirsinizsə, süni dadlandırıcılara müraciət edə bilərsiniz. Lakin bu dadlandırıcılar qan şəkərinə nəzarət etməyi çətinləşdirir və beyin şişlərinə səbəb olur.

Spirtli içkilər

Aparılan araşdırmalardan biri sübut edib ki, menopauzadan sonra gündə bir dəfə spirtli içki qəbul edən qadınların döş xərçənginə tutulma riski 30% çoxdur.

İşlənmiş ət

Kolbasa, vetçina, sosiska kimi ətlərin çoxu həddindən artıq duz və kimyəvi maddələr ehtiva edir. Araşdırmalardan biri sübut edib ki, nizamlı şəkildə bu qidaları yeyən insanların erkən ölüm riski 43% artır.

Süni göllərdə yetişdirilən balıqlar

Süni göllərdə yetişdirilib təbii qidalanmayan balıqlar bütün faydasını itirir. Onların yetişdirildiyi kimyəvi qidalar və antibiotiklər isə xərçəngə səbəb olur.

Sizin Reklam Yeriniz