Əlaqə Arxiv
news Image
2017.11.15
12:18
| A A A
Portağal qabığından faydalı istifadənin 10 ÜSULU

Qış aylarının vazkeçilməz meyvəsi və C vitamininin deposu olan portağalın qabıqları da özü qədər faydalıdır.

Movqe.az portağal qabıqlarını faydalı istifadə etməyin üsllarını təqdim edir.

Ayaq göbələyi
Portağal qabıqlarının ayaq göbələyini yox edəcək xüsusiyyəti var. Tərkibində olan müxtəlif qaz və fermentlər sayəsində mikrobları öldürərək göbələr kimi xroniki problemləri tez zamanda aradan qaldırır.

Öskürək
Portağal və qabıqlarında olan antioksidanlar öskürəyə səbəb olan problemləri dəf edir. Bunun üçün qurudulmuş mandarin qabıqlarını isti suya əlavə edib dəmə qoymaq lazımdır. Alınan qarışıq 2 həftə sərin yerdə qaldıqdan sonra istifadəyə hazır olur.

Həzm problemləri
Portağal qabıqlarında olan vitaminlər həzm sisteminin qayadaya düşməsinə yardım edir. Bunun üçün toz halına salınmış portağal qabıqlarını az miqdarda yeməklərə qatmaq kifayət edir.

Bronxit
Yeməkdən öncə 2 yemək qaşığı portağal qabığının üzərinə yarım fincan isti su əlavə edib içmək bronxit problemlərini aradan qaldırır. Tərkibində olan antioksidant, vitamin və minerallar ağ ciyərlərə hava daşıyan kanalların iltihablanmasının qarşısını alır.

Şirniyyatlar

Bir neçə portağalın qabığını rəndələnmiş formada keks və peçenyelərə əlavə etmək şirniyyatlara gözəl dad və qoxu qatır. Bu da onun ətirverici xüsusiyyətidir.

Mürəbbə
Portağal qabıqlarından mürəbbə də bişirmək olar. Bu mürəbbəyə limon qabığı qatmaq onu daha da dadlı edir. Mürəbbə üçün ayrılmış portağal qabıqlarını istədiyiniz ölçüdə doğrayıb, üzərinə 4 çay qaşığı şəkər tozu əlavə edin. 3-4 saat gözlətdikdən sonra 5 stəkan su əlavə edib şərbət olana qədər qaynadın. İsti-isti bankalara tökün və ağzını bağlayın. Mürəbbə hazırdır.

Otaq parfümü
Qurudulmuş portağal qabıqlarını bir şamdanın içinə qoyun.
Sonra qabıqları azca alovlandırın və söndürün. Qabıqlardan çıxan duman ətrafa çox xoş qoxu yayacaq.

Çay

Portağal qabığının çayı olduqca dadlı və faydalıdır. Bu çay davamlı olaraq istifadə edilən zaman xolestrolun balansı normal səviyyədə olur. Hamiləlik dövründə səhər hiss edilən ürəkbulanmasının birinci dərmanı da məhz bu çayıdır.

Dəriyə qulluq
Bir çox kosmetika markasının istifadə etdiyi portağal qabıqlarından istifadə edərək ev şəraitində kimyəvi qatqısı olmayan vasitələr hazırlaya bilərsiniz. Bir kasaya 2 çay qaşığı rəndələnmiş portağal qabığı, qreyfurt qabığı və iki xörəkm qaşığı bal qoyub qarışdırın.

Qarışığı üzünüzə çəkin və 15 dəqiqə saxlayın. Bu maska qüsursuz və təmiz dəri üçün inanılmaz faydaları olan qarışıqdır. (publika.az)

Sizin Reklam Yeriniz