news Image
2017.11.14
21:30
| A A A
Təbii dərman SARIMSAQ - FAYDALAR

Ən faydalı tərəvəzlərdən biri olan sarımsaq qədimdə "qara qüvvələri" qovan vasitə kimi istifadə olunurdu.

Sarımsağı evlərdə, xüsusilə körpə uşaqların beşiklərinin üzərində asırdılar ki, göz-nəzərdən və cin-şeytandan qorunsunlar.

Sarımsaq həqiqətən möcüzəli tərəvəzdir. Movqe.az saglamolun.az-a istinadən bildirir ki, güclü mikrob, virus və göbələk əleyhinə təsirinə görə bu tərəvəzi əsl təbii dərman hesab etmək olar. Belə ki, eksperimentlər göstərib ki, sarımsaq 1 saat ərzində stafilokokkun 93%-ni öldürmək xüsusiyyətinə malikdir.

Sağlamolun.az sizə sarımsağın ən vacib 5 faydasını təqdim edir.
1. Sarımsaq qanda pis xolesterolun səviyyəsini aşağı salır ki, bununla da ürək-damar sistemi xəstəliklərinin riskini azaldır.
2. Sarımsaq həzm proseslərinə müsbət təsir edir, bağırsaqlarda ziyanlı mikrobları öldürür. Lakin onu da nəzərə almaq lazımdır ki, qastrit və xora xəstəliyi, öd daşı xəstəliyi zamanı sarımsaq yeməyi tövsiyə edilmir.
3. Sarımsaq qaraciyər üçün faydalıdır. Hal hazırda farmasevrik sənaye qaraciyər üçün tərkibində sarımsaq ekstraktı olan preparatlar buraxır.
4. Sarımsağın tərkibində olan bioloji aktiv maddələr kişilərdə potensiyanı yaxşılaşdırır.
5. Yuxarıda qeyd etdiyimiz kimi sarımsaq güclü mikrob və virus əleyhinə vasitədir.
Mütəxəssislər profilaktik məqsədlərlə hər gün 2-3 diş çiy sarımsaq yeməyi tövsiyə edirlər. Yedikdən əvvəl sarımsağı xırda doğramaq və ya əzmək lazımdır ki, bu tərəvəzi daha faydalı edir. Marinada qoyulmuş və ya bişirilmə zamanı xörələrə əlavə olunmuş sarımsaq öz faydalı xüsusiyyətlərini itirir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs