news Image
2017.11.18
12:30
| A A A
Uşaqlarda piylənmənin səbəblərindən biri də budur

Hippokrat qəfləti ölüm hallarının daha çox kök insanlara xarakterik olduğunu demişdi.

Movqe.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) uşaq xəstəlikləri kafedrasının müəllimi, endokrinoloq İlisur Novruzov deyib.

Həkim bildirib: "Dünya Səhiyyə Təşkilatı uşaqlıq dövründə yaranan piylənməni qlobal epidemiya kimi qiymətləndirir. Artıq çəki və piylənmə bir çox faktorlardan asılı olaraq enerji əmələ gəlmə və istifadə etmə arasında tarazlığın pozulmasıdır.

Uşaqlarda piylənmə diaqnozu böyüklərdən fərqli olaraq yaş və cinsiyyət faktorlarının nəzərə alındığı persentil əyriləri ilə dəyərləndirilir. Bu zaman boy və çəki nəzərə alınmaqla bədən kütlə indeksi hesablanır. 95 persentildən yuxarı olan uşaqlar piylənmə qrupuna aid edilirlər. Bu genetik, ətraf mühit faktorları, hormonal pozğunluqlar, metabolik xəstəliklər, ghrelin-leptin tarazlığının pozğunluğu və bir sıra bu kimi səbəblərlə əlaqəlidir. Aparılan araşdırmalara görə yağ toxumasından qana bəzi zərərli molekullar ifraz olunur və qan-damar sisteminə, hormonal balansa və metabolizmə təsir edərək müxtəlif xəstəliklərə səbəb olur. Bura qlükozaya qarşı tolerantlığın pozulması, II tip diabet, hipertenziya, ürək xəstəlikləri və sairə aiddir. Artıq orta və yuxarı yaşlarda gördüyümüz xəstəliklərə uşaqlıqlıqda da sıx rast gəlinir. Buna görə bir çox ölkələrdə heç bir risk faktoru olmayan uşaqlarda dislipidemiyaya görə skrininq proqramı istifadə edilir. Birinci skrininq prepubertat dövründə (9-16 yaş), ikinci skrininq pubertat və postpubertat (17-21 yaş) dövründə aparılmalıdır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs