Əlaqə Arxiv
news Image
2017.11.17
13:05
| A A A
Azərbaycanda vaxtından əvvəl doğulan körpələrin sayı açıqlandı

Azərbaycanda hər il təxminən 150 min körpə doğulur. Onların 8-10 faizi vaxtından əvvəl doğulan körpələr olur. Movqe.az xəbər verir ki, bu barədə məlumatı bunu Səhiyyə Nazirliyinin baş neonatoloqu, Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyanın sədri Rüstəm Hüseynov bu gün keçirilən mətbuat konfransında verib. Onun sözlərinə görə, Azərbaycanda ekstremal - 500 qram – 1 kiloqram çəki ilə doğulan uşaqların 50 faizindən çoxu sağ qalır: "Azərbaycanda uşaqların vaxtından əvvəl doğulması ilə bağlı problemlər həll olunur. Ölkədə belə uşaqların sağ qalma faizi ildən-ilə yüksəlir. İnkişaf etmiş ölkələrdə bu rəqəm 75-85 fazidir. Biz də inkişaf etmiş dövlətlərdə olduğu kimi bu rəqəmə çatdırmaq istəyirik. Biz bu hədəfə nail ola bilərik". R.Hüseynovun sözlərinə görə, vaxtından əvvəl doğulan uşaqların beynəlxalq günü 2009-cu ildə ilk dəfə Vyana şəhərində qeyd olunub. Bu günün keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu uşaqlara cəlb etməkdir. R.Hüseynov qeyd edib ki, uşaqların vaxtından əvvəl doğulması bütün dünyada rast gəlinən problemdir: "Dünyada hər il 15 milyon uşaq vaxtından əvvəl doğulur. Təəssüf ki, onların bir milyonu dünyaya gəldikləri ilk gündə ölürlər".

Zülfiyyə QULUYEVA

Sizin Reklam Yeriniz