Əlaqə Arxiv
news Image
2018.11.05
13:35
| A A A
Hər bir insanın bədənində XƏRÇƏNG ŞİŞLƏRİ var, lakin...

Movqe.az saglamolun.az-a istinadən bildirir ki, Komsomolskaya Pravdaya müsahibəsində tanınmış rus genetik professor Ança Baranova xərçənglə bağlı maraqlı açıqlamalar verib:

"Xərçəng 1 dəqiqə və hətta bir neçə il ərzində inkişaf etmir. Araşdırmalar göstərib ki, ən yayılmış xərçəng növləri orqanizmdə təxminən 20 il ərzində inkişaf edir və əksər insanın orqanizmində mikroşişlər var. Lakin onlar təhlükəli deyil ki, insanın immun sistemi onları nəzarət altında saxlayır və yayılmağın qarşısını alır. İmmun sistemi müxtəlif səbəblərə görə (yaş, xəstəlik, stress, pis qidalanma və s.) zəifləyəndə mikroşiş sürətlə böyüməyə başlayır".

Ança Baranovanın sözlərinə görə, xərçəngin profilaktikasının əsası immun sistemini daim yüksək səviyyədə saxlamaqdır. Bunun üçün düzgün sağlam qidalanmaq, fiziki aktiv olmaq, orqanizmdə olan xroniki iltihab ocaqlarını (karioz dişlər, haymorit, tonzillit və s.) vaxtında və düzgün müalicə etmək, stresdən uzaq olmaq, kifayət qədər yatmaq və dincəlmək, ziyanlı vərdişlərdən imtina etmək lazımdır.

Sizin Reklam Yeriniz