Əlaqə Arxiv
news Image
2018.09.05
13:14
| A A A
Zökəmi birdəfəlik müalicə edən üsullar - FOTO

Soyuq havalarda nə qədər özümüzü qorusaq da, mütləq şəkildə soyuqdəymə və qripə yaxalanırıq. Qripdən müdafiə olunmağın ənənəvi üsulları isə soğan-sarımsaq, isti əriştə və zoğallı çaydır. Bunlar da kömək etməyəndə apteklərdə satılan dərmanlar ən son çıxış yolu kimi görünür.

Azərbaycanda, eləcə də digər dünya ölkələrində zökəmi ənənəvi üsullarla müalicə edirlər. Həmin effektiv üsullar bu günə qədər məşhurdur.

Movqe.az müxtəlif ölkələrin zökəmi müalicə edən maraqlı metodları ilə tanış edir:

1. Taylandın "Tom Yam" şorbası

Taylandda zökəm əleyhinə ağıla gələcək ilk müalicə üsulu budur. Şorbanın tərkibində çox faydalı növbənöv otlar və qarışıq ədviyyatlar qatılır. Taylandlılar bütün bu ədviyyatları özləri ev şəraitində hazırlayır. Kəskin çili istiotu, zəncəfil, rəndələnmiş limon qabığı onların əvəzolunmazları sırasındadır.

2. Finlandiyanın Soyuq terapiyası

Finlərə görə, soyuqdəymənin ilkin mərhələsini məhz soyuq terapiya ilə müalicə etmək lazımdır. Bu finlandların xalq təbabət üsulu sayılır. Bir qab dondurma və ya buz parçasını yedikdən sonra qalın geyinmək və möhkəm tərləmək lazımdır.

3. Hindistanda burun kanallarının yuyulması

Hindistanlılar zökəmin, soyuqdəymənin nəfəs yolları ilə orqanizmə keçməsi səbəbindən tez-tez burun kanallarını yuyurlar. İlıq suyun tərkibinə duz və adrenalin qatıb burun kanallarına tökürlər. Bunu edən zaman başını şəkildəki kimi aşağı tutmalısan ki, su kanalı yuyub digər burun dəliyindən çölə gətirsin. Bu ən sadə profilaktik tədbir hesab olunur.

4. Finlandiyanın məşhur alkoqollu corab müalicəsi

Alkoqollu içkilərlə müalicə üsullarının bəziləri - boğaz ağrıyanda araq içmək, bir damcı burun dəliklərinə tökmək, boğaza kompres etmək bizə tanışdır. Lakin bütün bunlarla yanaşı Finlandıyalılar qrip olan adamın ayaqlarına dərəcəsi yüksək olan alkoqolla isladılmış corab geyindirirlər. Corabları geyinib yatan zaman spirtin yaratdığı istilik bədəndə olan bütün soyuqdəyməni çıxarır. Bunu soğan vasitəsi ilə də etmək məşhurdur.

5. Yaponiyada gavalı turşusu

 

Yaponlar turşuya qoyulmuş gavalıdan müalicə məqsədilə istifadə edir. Belə ki, gavalı turşusunu yaşıl çayla qarışdıran yaponlar bunun qızdırmanı dərhal saldığını və soyuqdəyməni ən qısa zamanda aradan qaldırdığını iddia edirlər. Onların tərkibində çox miqdarda askorbin və limon turşusu olduğu üçün yaponlar soyuqdəymə və boğaz ağrıları zamanı bundan istifadə edir.

6. Qərbi Avropada isti rom

Qərbi Avropada qaynadılmış alkoqolla bağlı çoxsaylı müalicə üsulları var. Bunlardan biri də soyuqdəymənin birəbir dərmanı olan qaynadılmış romdur. Qrip olan zaman ilk olaraq romun içərisinə cürbəcür ədviyyatlar ataraq qaynadırlar. Daha sonra çöküntülər boğaza getməsin deyə onu süzüb isti halda içmək lazımdır. Bununla da orqanizmdə olan bütün infeksiyalar ölür və insan özünü daha gümrah hiss edir.

7. Honkonqun kərtənkələ şorbası

Bunu toyuq şorbasının qarşılığı kimi də qəbul etmək olar. Vacib deyil ki, məhz kərtənkələ olsun. Tərkibi fərqli olsa da, effekti birəbir eynidir. Xəstələnən zaman tərlədiyimiz üçün bədən müəyyən qədər su itirir. Şorba həm də itirilən mayeni kompensasiya edir. Şorbadan sonra öskürək azalır, nəfəs almaq daha rahat olur. Çində kərtənkələlərdən tibb sahəsində də istifadə edilir. Eyni zamanda kərtənkələ şorbasını hazır şəkildə yerli mağazalardan da əldə etmək mümkündür.

8. İsrailin toyuq bulyonu

Zökəmin müalicəsi dedikdə İsrail sakinlərinin ilk tövsiyyəsi məhz toyuq bulyonu olur. Demək olar ki, dünya ölkələrinin yarısı bu bulyonu müalicə üsulu kimi istifadə edir. Ancaq İsrail camaatı toyuq bulyonunu "yəhudi penisilini" kimi qiymətləndirirlər.

9. Amerikanın sidr ağacı qarışımı

Güclü soyuqdəyməniz varsa siz mütləq bu qarışımı içməlisiz. Amerikada soyuqdəymə əleyhinə ən güclü vasitə soğan, sarımsaq, zəncəfil, qırmızı istiot, qıtıqotu, limon, bal və müxtəlif ədviyyatların qarışımından hazırlanan məhluldur. Bütün bu sadalananları xırda-xırda doğrayıb üzərinə qaynanmış su töküb dəmləmək lazımdır. Qarışımı 2 həftə ərzində saxlayıb yaxşıca dəm aldıqdan sonra gündə 2 dəfə içmək lazımdır. Ən güclü infeksiyaları belə qısa zamanda yox edir.

10. İspaniyanın sarımsaq çayı

İyrənc görünsə də, inanılmaz dərəcədə müalicəvi effektə malikdir. Sarımsaqı iki yerə bölüb üzərinə bir xörək qaşığı bal və yarım limon suyu əlavə edib dəmləyirlər. Kombinasiya mükəmməl "ispan dərmanı" adlanır. Yeri gəlmişkən İspan gözəllərinin mükəmməl bədən quruluşunun sirri də məhz bu çaydadır. (milli.az)

Sizin Reklam Yeriniz