Əlaqə Arxiv
news Image
2017.12.15
22:21
| A A A
Topuq şişəndə nə edək?

1. Soyuq və isti su istifadə edin

İsti və soyuq su ayrı-ayrı istifadə edilə bilər. Bir qazana isti digərinə isə soyuq su qoyun. Əvvəl soyuq sonra isti suda ayaqlar bir müddət saxlayın. Bu əməliyyat qan dövranını artırmağa kömək edir. Eyni zamanda şişkinliyi yüngülləşdirir və ağrını yatırır.

2. Sirkə şişkinliyi azaldır
Movqe.az milli.az-a istinadən bildirir ki, ayaq topuqlarında yaranan şişkinliklər sirkə ilə də müalicə edilə bilər. Bir vedrə suya bir az epsom duzu əlavə etdikdən sonra, bir az da sirkə əlavə edin və yaxşıca qarışdırın. Bu suda bir müddət ayaqları saxlayın. Sonra dəsmal ilə yaxşıca qurulayın və nəmləndirici tətbiq edin. Gün ərzində 4 ya da 5 dəfə etsəniz təsirli nəticələr alınacaq.
3. Mixək yağı:
Mixək yağı, hər cür ağrıya qarşı istifadə edilən təsirli bir həlldir. Ağrılardan və şişkinlikdən təsirlənən ayaqlara mixək yağı ilə masaj edilə bilər. Bu masaj iltihabın dağılmasına köməkçi olmaqla yanaşı qan dövranını da artırır.

4. Buz tətbiqi:
Buz müalicəsi ağrı və şişkinliyə qarşı təsirli bir həlldir. Ən çox istifadə edilən həllər arasındadır. Xüsusilə idman əsnasında yaranan zədələrdə istifadə edilir. Topuqlara buz kompresi tətbiq oluna bilər. Ancaq buz birbaşa dəriyə tətbiq olunmamalıdır. Bu dərinin zədələnməsinə səbəb olar. Buz plastik torba ya da dəsmal içinə qoyularaq tətbiq olunmalıdır.

 

5. Qırmızı bibər
Kapsaisin maddəsi qırmızı bibər içində olan və hər cür ağrını azaltmada təsirli olan bir maddədir. Topuqlara bir az qırmızı bibər su ilə qarışdırıldıqdan sonra xəmir kimi tətbiq oluna bilər. Bu əməliyyat ağrının qısa müddətdə keçməsinə kömək edir. Sonra ayaq isti suda saxlanıla bilər.

Sizin Reklam Yeriniz