Əlaqə Arxiv
news Image
2018.09.10
16:49
| A A A
Buynuz qişa xəstəlikləri və onların müalicə üsulları

Buynuz qişa gözün ən ön hissəsində yerləşən işığı fokuslamaq və gözü xarici zədələyici faktorlardan qorumaq üçün xüsusiləşmiş şəffaf və əyri səthə malik olan toxumadır. Bu toxuma gözün ən qüvvətli fokus sınma şəraitidir. Buynuz qişa sınma xassəsi sayəsində xaricdən gələn işığın torlu qişaya düşməsinə kömək edir. Buynuz qişa şəffaf və damarsız struktura malikdir. Damarsız olmasına baxmayaraq sinirlərin paylaşımı dəridən 300-400 dəfə daha sıxdır. Buynuz qişa göz yaşı və göz içi mayesindəki oksigen vasitəsilə qidalanır. Sinir lifləri sayəsində göz qırpma refleksi oyandırılır və buynuz qişa göz yaşı ilə hər zaman isladılaraq səthinin bütövlüyü qorunur.

Movqe.az bildirir ki, bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-təşkilat bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva qeyd edib.

Həkim deyib: "Buynuz qişanın şəffaflığı anadangəlmə, genetik və ya sonradan keçirilən travma, infeksiya və cərrahi müdaxilədən sonra pozula bilər. Buynuz qişanın şəffaflığı pozulduğu zaman görmə keyfiyyəti də aşağı düşür. Buynuz qişanın hər hansı bir formada pozulması görməni azaltmaqla birlikdə şiddətli ağrı, batma, yanma və işıq həssaslığında artma kimi şikayətlərə də səbəb ola bilər.

Ən çox rastlanan buynuz qişa xəstəlikləri keratakonus, quru göz, herpetik keratit, buynuz qişa infeksiyaları, buynuz qişa çapıqları və buynuz qişanın degenerativ xəstəlikləridir. Buynuz qişa xəstəliklərinin yaranması faktorları arasında quru göz sindromunun inkişafı göz qapaqları xəstəlikləri, A vitamininin çatışmazlığı, göz yaşı ifrazının pozulması, qadınlarda klimaks, bəzi dərman preparatlarının qəbulu nəticəsində baş verir. Bundan əlavə xəstəliyin səbəblərindən gözdə yad cismin olması, güclü işıq mənbəyinin uzun müddət ərzində təsiri, allergiya, kontakt linzaların düzgün taxılmaması, yerli hormonal preparatların tətbiqi, göz travmaları, viruslar, bakteriyalar, göbələk infeksiyaları və cərrahi əməliyyatların ağırlaşmalarını da göstərmək olar.

Dünya Səniyyə Təşkilatının məlumatlarına əsasən dünyada korluğun səbəbləri olaraq 47,9 faiz katarakta, 12,3 faiz qlaukoma, 8,7 faiz qocalıqla əlaqədar görmənin azalması, 5,1 faiz buynuz qişanın bulanması, 4,8 faiz diabetik retinopatiya, 3,9 faiz uşaqlarda retinopatiya, 3,6 faiz traxoma və 0,8 faiz onxoserkoz göstərilir.

 

Buynuz qişa xəstəliklərində tətbiq edilən müalicə üsullarına gəldikdə isə, bir çox xəstəliklər buynuz qişanın şəffaflığını pozur. Bu xəstəliklər anadangəlmə, genetik və mikrob mənşəli ola bilər. Əgər keratokonus son mərhələsindədirsə, xəstəyə artıq kontakt linzalar, intrastromal buynuz qişa halqaları kömək etmir, bela halda yeganə müalicə yolu buynuz qişanın köçürülməsi və ya transplantasiyasıdır. Keratokonus kimi bəzi xəstəliklər buynuz qişanın formasını dəyişə bilər, belə hallarda buynuz qişanın transplantasiyası vacibdir.

Daha çox göz transplantasiyası adı altında tanınan buynuz qişanın transplantasiyası-keratoplastika pozulmuş buynuz qişanın donorla əvəz olunması üzrə cərrahiyyə əməliyyata deyilir. Buynuz qişanın köçürülməsi zamanı, diametri 6-9 millimetr dairəvi hissə sağlam gözün buynuz qişasından kəsilib götürülür, həmin diametrdə olan hissə resipiyentin (pasiyentin) buynuz qışasından kəsilib götürülür, sağlam hissə onun yerinə köçürülür".

Onu da qeyd etmək istərdim ki, buynuz qişa transplantasiyası-kontakt linza istifadə etməyən cox inkişaf etmiş keratokonuslarda tətbiq edilir".

Sizin Reklam Yeriniz