Əlaqə Arxiv
news Image
2018.11.07
18:00
| A A A
Dəriniz üçün RESEPT

10 avqust aspirinin "ad günü" sayılır.

Movqe.az  saglamolun.az-a istinadən bildirir ki, məhz bu gün 1897-ci ildə Almaniyanın "Bayer" fabrikinin kimya laboratoriyasında aspirin ilk dəfə işlənib hazırlanıb.

Maraqlıdır ki, indiyə qədər bu ən məşhur dərmanlardan birinin əsl müəllifi məlum deyil. Belə hesab olunur ki, bu dərmanı Feliks Xoffman icad edib. Bəzi məlumatlara görə kimyaçı Xoffman bu dərmanı uzun illər revmatik ağrılardan əziyyət çəkən atasına kömək etmək üçün hazırlayıb.

Digər mənbələrdə aspirinin müəllifi kimi kimyaçı Artur Eyxenqrinin adı qeyd edilir.

Aspirin dünyada ən çox satılan dərmanlarından biridir. Aspirinin əsas vəzifəsi ağrıları azaltmaq və hərarəti salmaqdır. Bundan əlavə aspirin qan duruldan, infarkt və insultun riskinin azaldan vasitə kimi istifadə olunur. Son zamanlar aspirinin xərçəngəleyhinə təsiri də aşkar olunub.
Bu faydalı xüsusiyyətlərlə yanaşı aspirinin bəzi çox ciddi yanaşı təsirləri də mövcuddur - uzun müddət ərzində aspirin qəbul edən insanlarda qanaxma, mədə xorası və qastrit inkişaf edə bilər.
Bundan əlavə 16 yaşına qədər aspirinin qəbulu qadağandır ki, aspirin uşaq və yeniyetmələrdə nadir Rey sindromuna səbəb ola bilər. Qaraciyəri və beyini zədələyən bu sindrom xəstənin həlak olmasına gətirib çıxarda bilər.
Bütün dünyada populyar olan, Ginness Rekordları Kitabına daxil olan bu dərman əsas funksiyalarından əlavə həmçinin digər məqsədlərlə də istifadə olunur:
- Sızanaqları müalicə edir. (Aspirin həbləri əzilir, limon şirəsi ilə qarışdırırlır, yalnız sızanaqların üzərinə çəkilir, 20 dəqiqədən sonra silinir.)
- Həşəratların dişləməsi zamanı qaşınmanın qarşısını alır. (Aspirin suda həll olunur, dişlənmiş yerə çəkilir.)
- Kəpəyi müalicə edir. (Aspirin əzilir, şampunla qarışdırılır, bu şampunla saçlar yuyulur.)
- Dərini ölmüş hüceyrələrdən təmizləyir (piling edir).
- Dırnaqları möhkəmləndirir. (Aspirin həbləri suda həll olunur və bu suda dırnaqlara vanna edilir.)
- Dabanları yumşaltmaq üçün istifadə olunur. (Aspirin əzilir, ayaq vannasını edəndə suya əlavə olunur.)
- Güllərin tez solmasının qarşısını alır. (Gül dəstəsi olan güldana 1 həb aspirin atılır.)
- Torpağı ziyanvericilərdən qoruyur.

Sizin Reklam Yeriniz