Əlaqə Arxiv
news Image
2018.03.24
11:30
| A A A
Göyərtilərin beyinə təsiri

Çikaqoda Raşa Universitetinin apardığı tədqiqata görə, göyərtilərdən hər gün istifadə yaddaşı və koqnitiv (dərketmə və xarici informasiyaları məniməsmək qabiliyyətni təsvir edir. Bir-birindən fərqlənən müxtəlif kontekstlərdə işlənir) qabiliyyətləri yaxşılaşdırır.

Movqe.az milli.az-a  istinadən xəbər verir ki, kahı, ispanaq və çuğundur yarpağı fol turşusuyla zəngindir. Bu bitkilərdə koqnitiv inkişaf üçün çox vacib olan B vitamini qrupu var.

Həkim və tədqiqatın rəhbəri Marta Kler Morris bildirib ki, gündəlik göyərti istehlakı beyin işinə kömək edir və qocalmasının qarşısını alır.

Beş il davam edən tədqiqatda 960 yaşlı könüllü iştirak edib və onların hər il koqnitiv qabiliyyətləri qiymətləndirilib.

 

Nəticələr göstərib ki, göyərtidən vaxtaşırı istifadə edən şəxslərdə ondan az istifadə edən iştirakçılarla müqayisədə yaddaş və təfəkkür sürətlə işləyib.

Tədqiqat zamanı həmçinin beyin işinə təsir edən digər amillər nəzərə alınıb: Yüksək qan təzyiqi, siqaret və alkoqol istehlakı, piylənmə, təhsil səviyyəsi, fiziki və zehni fəaliyyət.

Tədqiqatın rəhbəri Marta Kler Morris onu da bildirib ki, araşdırma yaşlı insanlar arasında aparılıb. Göyərtilərin beyinlə əlaqəsini öyrənmək üçün bu barədə gələcəkdə daha geniş araşdırmalar aparılacaq. (publika.az)

Sizin Reklam Yeriniz