Əlaqə Arxiv
news Image
2018.03.09
16:52
| A A A
"Böyrək çatışmazlığı xəstələrinin çoxu regionlardadır"

"Hazırda Azərbaycanda rəsmi qeydiyyata alınmış 3406 böyrək çatışmazlığı olan xəstə var. Onların 1922 nəfəri kişi, 1484 nəfəri isə qadındır".

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bunu "Hemodializ müalicəsinə ehtiyacı olan və bu müalicəni alan xəstələrin qeydiyyatının qaydaya salınması və müalicəsinin təşkilinin təkmilləşdirilməsi" komissiyasının üzvü, M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev deyib.

F.Babayevin sözlərinə görə, xəstələrin 2022 nəfəri regionların, 1384 nəfəri isə Bakının payına düşür. Bu xəstələrdən ən balacanın 6 yaşı, ən böyüyün isə 84 yaşı var. Ötən il yeni qeydiyyata alınmış 1226 xəstə hemodializ müalicəsi alır. Onlardan 527-si Bakının, 799-u isə regiondan olan xəstələrdir.

F.Babayev qeyd edib ki, keçən il ölkədə böyrək çatışmazlığı ilə bağlı 638 ölüm faktı qeydə alınıb. Bunun 392-si regionların, 246-sı paytaxtın payına düşüb. F.Babayev deyib ki , b öyrək çatışmazlığı xəstəliyi Azərbaycan regionları üçün geniş yayılmış xəstəlikdir. Bu xəstəlik rütubətli və q ərb rayonlarında daha geniş yayılıb:"Həmin ərazilərdə əhalinin sayının çox olması da bu xəstələrin sayının artmasının səbəbi ola bilər".

 

F.Babayev bildirib ki, 2016-cı ildə ölkədə böyrək çatışmazlığından ölüm göstəricisi 20,2 % təşkil edirdisə, bu rəqəm keçən il üçün 18,6 %-ə düşüb: "Bütün dünyada il ərzində böyrək çatışmazlığı olan xəstələrin 20-24 faizində ölüm halı baş verir. Azərbaycanın bu göstəriciləri dünya üzrə olan ümumi statistik məlumatlara uyğun gəlir".

F.Babayev əlavə edib ki , Azərbaycanda 41 hemodializ mərkəzi tam fəaliyyət göstərir:"Ümumilikdə xəstələrin sayında hər zaman artım müşahidə edilir. Bu, dünyanın hər yerində belədir. Xəstəliyin sayının artması onun inkişaf etməsi demək deyil. Sadəcə son illərdə xəstəliyin aşkarlanması faizi çoxdur və xəstələr vaxtında həkimə müraciət edirlər. Beləliklə də həmin xəstələrin müalicəyə cəlb olunma faizi yüksək olur".

Sizin Reklam Yeriniz