news Image
2018.03.14
15:36
| A A A
Yüksək təzyiqdən əziyyət çəkənlər üçün SUPER MƏHSUL

Yüksək arterial təzyiq bütün dünyada ən yayılmış pozulmalardan biridir.

Statistika göstərir ki, dünyada yaşayan insanların təxminən 1/4 hissəsində təzyiq normadan yüksəkdir.

Movqe.az saglamolun.az-a istinadən bildirir ki, yüksək arterial təzyiq insult və infarktın, ağır böyrək xəstəliklərinin əsas səbəbi sayılır.

Təzyiqi normada saxlamaq üçün xüsusi dərmanlar mövcuddur. Lakin bu dərmanlar heç də hər zaman kömək etmir və ya müvəqqəti effekt verir. Bu səbəbdən alimlər təzyiqi normallaşdırmaq üçün dərmansız üsullar axtarır.

 

Saglamolun.az The Russian Times-a istinadla xəbər verir ki, alimlər müxtəlif məhsulların arterial təzyiqə olan təsirini araşdırdıqdan sonra fikir veriblər ki, adi püstə bu problemi həll etməyə çox yaxşı kömək edir.

Belə ki, gün ərzində yalnız 1 ovuc püstə arterial təzyiqi salır. Püstənin tərkibində olan maddələr damarları genişləndirir ki, bu da qan təzyiqini normallaşdırmağa kömək edir.

Bundan əlavə elmi araşdırmalar sübut edib ki, püstə qanda şəkərin səviyyəsini tənzimləyir və şəkərli diabetin iknişafının qarşısını alır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs