Əlaqə Arxiv
news Image
2018.03.14
15:47
| A A A
Göz niyə ağrıyır?

Göz ağrılarını gözə aid olan və olmayan ağrılarla iki yerə ayırmaq lazımdır. Gözdə sadə bir iltihablar ilə və ya gözün daxilində olan iltihablar və yaxud da göz qapaqlarında olan iltihablar kimi xəstəliklər gözə aid ağrılar hesab edilir. Bu xəstəliklərdə mütləq bir göz qızarması və qaşınma olmalıdır. Bu əlamətləri olan insanlar həkimə müraciət etməlidirlər.

Movqe.az milli.az-a istinadən bildirir ki, göz ağrılarının bir çox hissəsi də gözün xaricində olur. Buna misal olaraq, gözün ağırlaşması və bunun da gözdəki əzələləri yoraraq ağrılar yarada bilməsidir. Bundan əlavə, dişləri ağrayan insanlarda xüsusən də üst çənələrdə olan xəstəliklər zamanı ağrıma gözdə hiss edilə bilər. Eyni zamanda baş ağrılarında da ilk zərbən hiss edən çox vaxt göz olur. Təzyiqi olan insanlarda da göz ağrıması hiss edilə bilər.

Sizin Reklam Yeriniz