Əlaqə Arxiv
news Image
2018.03.23
12:00
| A A A
Balış – allergen və mikrobların mənbəyi

Diş fırçası və yataq dəyişəyindən fərqli olaraq evlərdə balışlar çox nadir hallarda dəyişdirilir. Xüsusən də balış sevimli olanda.

Movqe.az milli.az-a istinadən bildirir ki, Londonun Sent Bars xəstəxanasının həkimləri xəbərdar edirlər ki, balışın istifadəsindən 2 il keçəndən sonra onun 1/3 çəkisi toz, gənə, bakteriya və onların həyat fəaliyyətlərinin məhsullarından ibarət olur.

Fərqi yoxdur balış quş tükündəndir, yoxsa sintetikdir. Xəstəxanada yatmaq üçün nəzərdə tutulan balışlar antibiotiklərə davamlı qızıl stafilokokun (sızanaq və selülitdən tutmuş pnevmoniya və meningitə qədər xəstəliklərin)  və klostridiya diffisilenin (güclü ishalı çağıran bakteriyalar) daşıyıcısı kimi aşkar olub.

 

Ev balışlarında bu qədər təhlükəli mikroorqanizmlər olmasa da, dəyişdirilməyən balışlardakı olan toz, diri və ölü gənələr və onların nəcisləri insanı balışı vaxtı vaxtında dəyişməyə düşündürməlidir.

Sizin Reklam Yeriniz